Page 91 - "Xəzər"
P. 91
mdir və hərdən gözləri bir anlığa yumulanda, səfeh sifətində ani bir nifrət
qığılcımı hiss olunurdu.
Keşiş geri döndü: solğun bənizli yöndəmsiz bir kəndli idi. Əllərini aşağı salıb
bir-birinə çarpazlamamışdan əvvəl, yanında durduğum sütuna tərəf baxdı və nəsə
mızıldandı. Sonra geri döndü, daş stola tərəf əyilib, qəfil çevrilərək gülünc bir
təntənə ilə qıza və ağıldan kəm oğlana xeyir-dua verdi. Qəribədir ki, mən kilsədə
olduğuma baxmayaraq, bu xeyir-duanı özümə aid etmədim. Keşiş üzünü təzədən
mehraba tərəf döndərdi, papağını başına qoydu, sağ tərəfdəki şamı üfürüb söndürdü.
Sonra yavaş-yavaş baş mehraba tərəf getdi, ona təzim etdi və kilsənin qaranlığına
qarışıb yox oldu. Onu bir daha görmədim, yalnız qapı cırıltısı eşitdim. Sonra qızı
bircə anlığa işıqda görə bildim: o zərif, səmimi vücud ayağa durub təzim etdi, sol
tərəfdəki şamı söndürmək üçün pillələrlə yuxarı qalxdı. Bircə anlığa şamın sarımtıl
işığında dayandı və gördüm ki, doğrudan da gözəldir. Dodaqlarını büzüb üfürəndə
aydın, ağıllı sifəti göründü. Sonra qaranlıq onu da, oğlanı da uddu və mən onları bir
də yuxarıdakı pəncərədən süzülən bozumtul işığa çıxanda gördüm. Yanımdan
keçərkən ani, sınayıcı, çox sakit bir baxışla məni süzdü və başının, boynunun
duruşuna heyran qaldım. Gözəl idi və mən onun arxasınca getdim. Kandara çatanda
bir də təzim etdi, qapını açıb ağıldan kəm oğlanı arxasınca dartdı.
Onların arxasınca düşdüm. Vağzalın əks tərəfindəki balaca dükanlarla dolu
kimsəsiz küçəyə döndülər və qız bir neçə dəfə ətrafa boylandı. Qamətli, hətta bir
xeyli arıq olan qızın yaşı on səkkiz, on doqquzdan yuxarı olmazdı və səbrlə ağıldan
kəm oğlanı arxasınca dartıb aparırdı.
Getdikcə evlərin sayı çoxalır, yalnız hərdən dükanlar gözə dəyirdi, ancaq
tramvay xətləri çox idi və mən şəhərin nadir hallarda yolum düşdüyü bu hissəsini
tanıdım. Burada tramvay parkı da olmalı idi: qırmızımtıl rəngə çalan uçuq-sökük
divarın arxasından tramvay təkərlərinin xırçıltısı eşidilir, qaranlıqda qaynaq
cihazından qopan qığılcımlar görünür, oksigen balonunun fışıltısı eşidilirdi.
Divara çox baxdığımdan qızın dayandığını sezməmişdim. İndi onlara çox
yaxınlaşmışdım və gördüm ki, dükanlardan birinin qabağında dayanıb açar axtarır.
Oğlan göyə baxırdı. Qız geri çevrilib mənə baxdı və onun yanından keçəndə bir
anlığa tərəddüd etdim, gördüm ki, artıq qapısını açmış olduğu dükan qəlyanaltıdır.