Page 89 - "Xəzər"
P. 89
zülmüş gəlinciklər idi. Ancaq bu, bircə an çəkdi, hamısı başını təzədən vağzalın
çıxış qapısına tərəf çevirdi.
Belə tezdən bayırda fahişələr də gözə dəymir və mən yavaş-yavaş küçəyə
tərəf dönəndə, vağzal saatının böyük əqrəbi də yavaş-yavaş doqquza yaxınlaşdı:
altıya on beş dəqiqə qalırdı. Sağ tərəfdəki böyük binanın qarşısı ilə uzanan küçəyə
çıxdım və diqqətlə vitrinlərə baxmağa başladım: axı haradasa açıq kafe, ya pivəxana
olmalı idi, ya da zəhləm getdiyi qəlyanaltılardan biri... Ancaq onlar, hər halda, bu
vaxt ilıq gəhvə, təzədən qızdırılmış, kazarma qoxulu bulyon satılan gözləmə
zallarından yaxşı idi. Paltomun yaxalığını qaldırdım, uclarını səliqə ilə bir-birinin
altına keçirdim, həm onun, həm də şalvarın çirkini təmizlədim.
Dünən axşam həmişəkindən çox içmişdim və gecə saat birə qalanda hərdən
mənə gecələməyə yer düzəldən Maksın yanına getmişdim. Maks vağzaldakı
saxlama kamerasında işləyir, onu müharibə vaxtından tanıyıram və saxlama
kamerasının ortasında böyük bir qızdırıcı var, ətrafına taxta çəpər çəkilmiş, yanına
da skamya qoyulmuşdu. Aşağı mərtəbədə işləyənlərin hamısı burada dincəlir:
hamballar, saxlama kamerasının işçiləri, liftçilər... Çəpər qızdırıcıdan xeyli
aralıdadır və çarpaz asanca onun yanına keçə bilirəm. İçəridə geniş, qaranlıq, isti bir
yer var, orda uzananda əməlli-başlı dincəlirəm, ürəyim sakitləşir, araq damarlarıma
yayılır, stansiyaya girən-çıxan qatarların boğuq uğultusu, yükdaşıyan əl arabalarının
taqqıltısı, liftlərin cırıltısı eşidilir və sonra da bu səslər qaranlıqda yavaş-yavaş itir,
tezlklə məni yuxu aparır. Hərdən ağlayıram da... Kete, uşaqlar yadıma düşəndə
ağlayıram, ancaq özüm də bilirəm ki, içki düşkününün göz yaşı axıtması mənasızdır,
ağlamaq hesab olunmur və onda qəribə bir hiss keçirirəm: yox, buna vicdan əzabı
deməzdim, sadəcə olaraq, ağrıdır. Müharibədən əvvəl də içirdim, ancaq, deyəsən,
bu unudulub getmişdi, çünki hamı indiki vəziyyətimə müəyyən qədər anlaşıqlı
yanaşır və deyir: “Cəbhədə olub...”
Kafelərdən birinin vitrini qarşısında üst-başımı bacardığım qədər təmizlədim
və mənim keqli şarına bənzəyən balaca zərif vücudum şüşədə o tərəf-bu tərəfə
əyilir, oradakı üstü qaymaqlı tortlar, şokaladlı pirojnalar da sanki ətrafımda
oynaşırdılar. Beləliklə özümü onların arasında gördüm: balaca bir kişi pirojnaların
arasında ora-bura vurnuxur, saçlarını düzəldir, şalvarını yuxarı dartır.