Page 90 - "Xəzər"
P. 90
Yavaş-yavaş siqaret, gül və müqəvvaların vitrinlərdən saxta bir nikbinliklə
gözlərini mənə dikdiyi parça mağazasının qabağından ötüb keçdim. Sağa ayrılan
küçə, demək olar, balaca taxta dükanlardan ibarət idi. Tində ağ rəngli böyük bir
reklam asılmışdı: “ Xoş gəlmisiniz, əczaçılar!”
Dükanlar xarabalıqlarda, fasadları uçub-dağılmış, yanmış evlərin arasında
quraşdırılmışdı, hamısı da siqaret, parça dükanları, qəzet köşkləri idi və axırda bir
qəlyanaltıya gəlib çıxdım, ancaq o da bağlı idi. Mənasız yerə qapının dəstəyini bir-
iki dəfə burandan sonra geri döndüm və nəhayət, gözümə işıq dəydi. O tərəfə gedib
işığın kilsədən gəldiyini gördüm. Qotik üslubundakı iri pəncərəsi yararsız hala
düşdüyü üçün kələ-kötür daşlarla hörülmüşdü və bu yöndəmsiz yamağın ortasına da
sarımtıl rəngli balaca dördgöz nəfəslik qoyulmuşdu – yəqin hansısa hamam
otağından çıxarıb gətirmişdilər – və həmin zəif işıq da onun şüşələrindən gəlirdi.
Dayanıb bir anlığa fikirləşdim: “İnandırıcı deyil, ancaq bəlkə də içəri istidir”. Sınıq-
salxaq pilləkənlərlə yuxarı qalxdım. Deyəsən, müşəmbəli qapısı salamat qalmışdı.
Ancaq içəri isti deyildi. Papağımı çıxarıb skamyaların arası ilə yavaş-yavaş
irəlilədim və nəhayət, yan tərəflərdə quraşdırılmış hücrələrdə şamların yandığını
gördüm. İçəridə bayırdan da soyuq olduğunu hiss etsəm də, ayağımı saxlamadım:
əməlli-başlı yel çəkirdi! Bütün künc-bucaqdan yel çəkirdi. Divarların bəzi yerlərinə
daşdan deyil, süni lövhəciklərdən “yamaq vurulmuşdu” və onları da, sadəcə olaraq,
yan-yana düzmüşdülər, aralarından yapışqan kütləsi şişib çölə çıxmışdı, lövhələr də
bir-birindən qopub sallanmışdılar. Onun şişkin yerlərindən çirkab, nəmişlik qoxusu
gəlirdi və mən tərəddüd içində sütunların birinin yanında dayandım.
İki pəncərənin arasında dua kitabları üçün nəzərdə tutlmuş hündür daş stolun
arxasında ağ cübbəli keşiş dua edirdi. Əllərini göyə qaldırmışdı, onun yalnız
kürəyini görsəm də, bildim ki, bərk üşüyür. Hətta bir anlığa mənə elə gəldi ki,
qarşısında açıq olan dua kitabı, yuxarı qalxmış arıq əlləri və üşüyən kürəyi ilə keşiş
burada təkdir. Ancaq şamların səyriyən tutqun işığında bir qızın sarışın başını da
gördüm. Qız elə sidq-ürəkdən əyilib dua edirdi ki, saçları iki yerə bölünüb
çiyinlərinə dağılmışdı. Yanında bir oğlan uşağı diz çöküb başını dayanmadan o yan-
bu yana əyirdi. Alaqaranlıqda yalnız yan tərəfdən görsəm də, qırmızı rəngə çalan
göz qapaqlarının şişkinliyindən, açıq ağzının əyriliyindən bildim ki, bir az ağıldan