Page 87 - "Xəzər"
P. 87
Frau Franke qədəhləri şərabla, uşaqlar üçünsə rəngarəng çini piyalələri
limonadla doldurdu. Piyalələrin üstündə “Canavar və yeddi çəpiş” nağılının
motivləri təsvir olunmuşdu.
İçdik. Fred şərabını bir dəfəyə içdi, qədəhi əlində saxlayıb sınayıcı nəzərlərlə
ona baxdı, sanki şərabın dadını xatırlamağa çalışdı. Belə anlarda ona valeh oluram,
çünki üz-gözündən hər şey oxunur, nəsə deməyə ehtiyac qalmır: iki donuzşəkilli
yığım kassası, bir qədəh şərabla başımı aldada bilməzsiniz, mənzilimiz çox
darısqaldır...
Bu dəhşətli dəvət soyuq bir vida səhnəsi ilə sona çatdı və mən bir-iki gündən
sonra bu barədə nələr danışacağını Frau Frankenin gözlərindən oxudum: saysız-
hesabsız günahlarımızın üstünə naşükürlük, nəzakətsizlik də əlavə olunacaq, özü
üçün ucaltdığı şəhidlik “zirvəsini” iki mərtəbə də artıracaq.
Cənab Franke nadir hallarda nəsə deyir, ancaq biləndə ki, arvadı evdə
yoxdur, hərdən başını içəri salır, dinməzcə qapının yanındakı stolun üstünə bir qıça
şokolad qoyur. Bəzən də orda zərfə qoyulmuş pul tapıram və hərdən dəhlizdə
uşaqlarla danışdığını eşidirəm. On, nəsə mızıldanır və uşaqlar deyir ki, başlarını
tumarlayıb, onlara “əzizim” deyir.
Frau Franke isə başqa cürdür, söhbətcildir, şuxdur, ancaq zəriflikdən
uzaqdır. Şəhərin qədim tacirlər sülaləsindəndir. Nəsillər dəyişdikcə alver etdikləri
mallar da dəyişmişdi, bahalaşmışdı. Neftdən, duzdan, undan, balıqdan, mahuddan
başlayıb şəraba keçmişdilər, axırda da siyasətə qurşanmışdılar, sonra işləri düz
gətirmədiyi üçün torpaq alqı-satqısında vasitəçiliklə məşğul olmuşdular və hərdən
mənə elə gəlir ki, indi ən bahalı malın alverinə keçiblər: Tanrı alverinə...
Frau Franke çox nadir hallarda yumşalır: ilk öncə də puldan danışanda...
Puldan danışanda onun adını elə şirin bir ləhzədə tələffüz edir ki, mən qorxuram.
Bəzi adamlar “həyat”, “məhəbbət”, “ölüm”, “Tanrı” sözlərini belə tələffüz edirlər:
şirin-şirin, bir az da çəkinə-çəkinə, böyük bir nəvazişlə... O, puldan və bir də
şorabalarından danışanda cavanlaşır, gözlərindəki parıltı tutqunlaşır. Bunların ikisi
də onun üçün ən qiymətli xəzinədir, heç kəs ora yaxın düşə bilməz. Bəzən kömür,
kartof gətirmək üçün zirzəmiyə düşəndə, əməlli-başlı qorxuram: görürəm ki,
böyrümdə şoraba qablarını sayır. Şirin bir ləhzə ilə nəsə mızıldanır, rəqəmələri sehrli