Page 85 - "Xəzər"
P. 85
Uşaqlar dəhlizdə oynayır. Onlar belə sakit oynamağa elə öyrəşiblər ki, hətta
icazə veriləndə də səs salmırlar. Səslərini güclə eşidirəm: karton qutuları bir-birinə
bağlayıb dəhlizin bu başından o biri başına çatan bir qatar düzəldiblər və onu
ehtiyatla irəli-geri çəkirlər. Stansiyalar düzəldir, qatarı tənəkə qutularla, taxta
parçaları ilə yükləyirlər və mən əmin ola bilərəm ki, axşam yeməyinə qədər beləcə
oynayacaqlar. Balaca isə hələ yatır.
Pulları bir də sayıram və bu qiymətli, çirkli əskinasların qoxusu öz şirinliyi
ilə məni bir az qorxudur və ürəyimdə Fredin borclu olduğu on markı da onların
üstünə gəlirəm. Ancaq o, pulun hamısını içkiyə verəcək! İki ay bundan əvvəl bizi
tərk edib, dostlarının evində, sığınacaqlarda gecələyir, çünki bu darlığa, Frau
Frankeyə, Hopflar kimi dəhşətli qonşulara daha dözə bilmir. O vaxt şəhər kənarında
qəsəbə salan Mənzil Komissiyası bizim əleyhimizə qərar çıxardı, çünki Fred içki
düşkünüdür, heç mənim haqqımda keşişin dedikləri də xeyirimizə olmadı. Kilsə
birliklərinin tədbirlərində iştirak etməməyim onun xoşuna gəlmir. Komissiyanın
sədri də Frankedir və bununla bir daha necə düzgün, tamahsız qadın olduğunu “sübut
etdi”. Əgər bizə mənzil verilsəydi, indi qaldığımız bu otaq boşalaradı, onu özünə
yemək otağı edərdi. Beləliklə, öz ziyanına da olsa, bizim əleyhimizə səs verdi.
Həmin vaxtdan məni elə bir qorxu bürüyüb ki, onu təsvir etməyə cəsarətim
çatmır. Belə nifrətə tuş gəlməyimin özü məni yaman qorxudur. İsanın cismini
yeməyə7 qorxuram, çünki mən ondan ləzzət aldıqca Frau Franke daha vahiməli
görünür, gözləri hiddətlə alışıb yanır. Müqəddəs Tanrı kəlamına qulaq asmağa
qorxuram, halbuki ibadətin şirinliyi olub-qalan yeganə sevincimdir. Mehrabdakı
keşişə – səsini tez-tez onun gəbul otağından eşitdiyim, bahalı siqaretlər çəkən,
rəhbəri olduğu komissiyaların, birliklərin qadınları ilə şit zarafatlar eləyən o şikəst ,
qudurğan kişiyə baxmağa qorxuram. İclaslarına mane olmamaq üçün uşaqları səs
salmağa qoymayanda, qonşu otaqda qadınlar ucadan gülür. Ancaq çoxdandır ki,
bunun başını buraxmışam, uşaqlara oynamağa icazə verirəm və dəhşət içində
görürəm ki, onlar daha səs salmaq iqtidarında deyillər. Bəzən səhərlər – balaca
yatanda, böyüklər isə məktəbə gedəndə, nəsə almaq üçün evdən çıxanda, özümü
7 Rəvayətə görə İsa peyğəmbər vida yeməyi zamanı öz həvarilərinə demişdi ki, onun cismi çörək, qanı
şərabdır...