Page 84 - "Xəzər"
P. 84
aq lazım deyil. Deməli, uşaqlar dəhlizdə oynaya bilərlər və belə imkanı əldən
vermək olmaz.

– Pulu atam göndərib?
– Hə, – dedim.
– O hələ də xəstədir?
– Elədir, – dedim. – Bu gün dəhlizdə oynaya bilərsiniz. Ancaq heç nəyi
sındırmayın, divar kağızına fikir verin...
Onların necə sevindiyini görməyin özü ayrı lazzətdir və həm də şənbəyə
saxladığım işlərimi rahat görə biləcəyəm.
Frau Franke hazırladığı şorabaları üç yüzdən çox şüşə qaba doldurmuş olsa
da, dəhlizdən hələ də sirkə qoxusu gəlir. Təkcə isti sirkənin qoxusundan, eləcə də
qaynadılan meyvələrin, tərəvəzin iyindən Fredin öd kisəsi qıcıqlanmağa başlayır.
Bütün qapılar bağlıdır, yalnız cənab Frankenin zirzəmiyə düşərkən başına qoyduğu
köhnə şlyapa asılqanda qalıb. Bizim yeganə otağımızın qapısına qədər divara təzə
kağız çəkilib. Bu otaqdan nazik taxta arakəsəmə ilə balaca bir yer düzəltmişik. Orada
sonbeşiyimiz yatır və bir də işlənməyən zir-zibillərimiz saxlanılır. Ancaq
Frankelərin iki nəfərə dörd otaqları var: mətbəx, qonaq otağı, yataq otağı və bir də
qəbul otağı. Bu otaqda Frau Franke hər gün arvadlı-kişili çoxlu adam qəbul edir.
Onun neçə komitənin, neçə komissiyanın üzvü olduğunu bilmirəm, yaratdığı
birliklərlə də maraqlanmıram. Ancaq bircə onu bilirəm ki, kilsə idarələri ona bu
otağın verilməsini çox vacib hesab eləyib, halbuki bizə verilsəydi, bütün
yaralarımızı sağaltmasa belə, hər-halda, ər-arvad kimi bir yerdə yaşamağımızı təmin
edərdi.
Frau Frankenin altmış yaşı olsa da, gözəl görünür. Ancaq gözlərindəki
hamını məftun edən parıltı məni qorxuya salır. Onun qara, amansızlıq yağan gözləri,
ustalıqla rənglənmiş, daranmış saçları, mülayim, titrək, ancaq nənimlə danışanda
cingildəyən səsi, paltarlarının biçimi, eləcə də hər səhər müqəddəs dini ayinlərdə
iştirak etməsi və hər ay rayonun üzdə olan xanımlarını yepiskop qəbul edərkən onun
üzüyünü öpməsi – bütün bunlar göstərir ki, belə bir adamla mübarizə aparmağın
mənası yoxdur. Onunla altı ay mübarizə aparandan sonra bunu başa düşdük və
həmin mübarizədən əl çəkdik.
   79   80   81   82   83   84   85   86   87   88   89