Page 83 - "Xəzər"
P. 83
Və bircə kəlmə də demədi
( roman )

11

Fredin göndərdiyi pulu elə hey sayır, sayıram: tünd yaşıl, yamyaşıl, mavi
əskinaslar... Üzərində dərz daşıyan kənd arvadlarının, ticarətin, ya şərabçılığın rəmzi
kimi iridöşlü qadınların təsviri olan əskinaslar... Tarixi qəhrəmanın mantiyasına
bürünmüş kişi bir əlində təkər, o birində isə çəkic tutub – bu da yəqin sənətkarlığın
rəmzidir. Onun yanında döşündə bank şəkli olan yapışıqsız bir qız dayanıb,
ayaqlarının ucunda da hansı memarınsa bürmələnmiş kağızı, xətkeşi var. Yaşıl
əskinasın ortasında çirkin bir yaramaz təsvir olunub: sağ əlində tərəzi tutub ölgün
gözlərini uzaqlara zilləyib. Bu qiymətli əskinaslara iyrənc naxışlar vurulub,
künclərində də qiymətlərini göstərən rəqəmlər yazılıb. Qəpiklərin üzərinə palıd
yarpağı, sünbül şəkli, tənək yarpağı və üst-üstə çarpaz qoyulmuş iki çəkic həkk
olunmuşdur. Arxa tərəflərində isə qorxunc qartal təsviri... Qanadlarını elə gərib ki,
sanki kimisə, nəyisə caynaqlarına keçirmək üçün bu dəqiqə uçacaq.

Əskinasları ayırdıqca, qəpikləri üst-üstə yığdıqca, uşaqlar əlimə baxır: bu,
kilsə idarələrindən birində telefonçu işləyən ərimin aylıq qazancıdır - üç yüz iyirni
mark səksən üç pfenniq. Kirayə üçün verəcəyim pulu bir tərəfə qoyuram. Sonra da
işığın, qazın və sığortanın pulunu ayırıram, çörəkçinin borcunu sayıb götürürəm,
artıq qalanı dəqiqləşdirirəm: iki yüz qırx mark. Fred yazır ki, özünə on mark götürüb,
sabah qaytaracaq. O pula içəcək...

Uşaqlar üzümə baxır: sakit sifətlərində ciddilik var. Ancaq onlara bir sürpriz
hazırlamışam: bu gün girəcəkdəki dəhlizdə oynaya bilərlər. Franke ilə arvadı
həftənin sonuna qədər Katolik Qadınlar İttifaqının qurultayında iştirak etməyə
gediblər, bizdən aşağıda yaşayan Zelbştaynlar iki həftəlik məzuniyyətə çıxıblar,
böyrümüzdəki otağı kirələmiş Hopflarla bizi nazik bir divar ayırır və onlardan icazə
   78   79   80   81   82   83   84   85   86   87   88