Page 82 - "Xəzər"
P. 82
ində qəzəbə çevrilmişdi və hətta özünə qarşı yönələsi olsa da, onu canından
çıxarmalıydı. Bəlkə də elə özündən iyrənmək hissi idi ki, özünü məhv etmək,
parçalamaq, həyatına son qoymaq istəyirdi.

O, bir az da irəli süründü, sonra dirsəklərinin üstündə azacıq qalxıb və
ağzıüstə suya yıxıldı.

Daha başını qaldırmadı, hətta sahilə uzatdığı ayaqları da tərpənmədi.
Suyun şappıltısı eşidiləndə çəyirtkələr susdular. Sonra lap bərkdən
cırıldaşdılar. Ağaclar xışıldayır, xiyabandan asta gülüş səsi eşidilirdi.

Haynrix Böll

Orijinaldan tərcümə: Vilayət Hacıyev

XX əsr dünya ədəbiyyatının görkəmli simalarından biri, “Qatar vaxtında
çatır” (1949), “Haradaydın, Adəm” (1951), “Və bircə kəlmə də demədi” (1953),
“Sahibsiz ev” (1954), “Saat onun yarısında bilyard oyunu” (1959), “Bir təlxəyin
düşüncələri” (1963) romanlarının və bir çox hekayələr kitabının müəllifi, alman
yazıçısı, Nobel mükafatı laureatı Haynrix Böllün (1917-1985) imzası Azərbaycan
oxucusuna yaxşı tanışdır. Onun “Bir təlxəyin düşüncələri”, “O illərin çörəyi”
romanları və hekayələr kitabı dilimizə tərcümə olunmuşdur.

Vilayət Hacıyevin tərcüməsində oxuculara təqdim etdiyimiz “Və bircə
kəlmə də demədi” romanından bir parça Haynrix Böllün çapa hazırlanan kitabından
götürülmüşdür.
   77   78   79   80   81   82   83   84   85   86   87