Page 80 - "Xəzər"
P. 80
– Düz çayın qırağında gözəl bir yer var, mən tez-tez orda otururam. Gedək
ora, bir az söhbətləşək... O-o, bura baxın bir... yarpaqların arasından ulduzlar
görünür...
O cavab verməyib, yaxınlaşdıqları çayın parıldayan, yaşıl sinəsinə tamaşa
edirdi.
Burdan qarşı sahildəki qədim qala sədləri görünürdü. Xiyaban bitdi, onlar ot
basmış çəmənə çıxdılar və xanım fon Rinnlingen dedi:
– Sağa dönək, bizim yerimiz oradır... Bax, görürsünüz, hələ tutulmayıb!
Onların oturduğu skamya xiyabanın sonunda idi. Bura nəhəng ağacların
altından daha isti idi. Çəyirtkələr otların, itiyarpaqlı qumotunun aralarında
cırıldayırdı. Ay işığında çay lap aydın görünürdü.
Bir müddət hər ikisi susub suya tamaşa etdilər. Və birdən düz böyründə
həmin səs yenə eşidildi – qəlbini riqqətə gətirən bu sakit, incə səsi artıq bir həftə
qabaq eşitmişdi.
– Siz bu xəstəlikdən çoxdan əzab çəkirsiniz, cənab Frideman? – o soruşdu.
– Ya sizdə anadangəlmədir?
O boğazında düyünlənən qəhəri birtəhər uddu. Sonra nəzakətlə astadan
cavab verdi:
– Yox, xanım, mən lap balaca idim... yerə saldılar məni... indi beləyəm...
– Bəs sizin neçə yaşınız var? – deyə soruşdu.
– Otuzdur, xanım.
– Otuz, –o təkrar etdi. – Və siz bu otuz ildə heç xoşbəxt olmamısınız?
Cənab Frideman başını buladı, onun dodaqları səyridi.
– Yox, – dedi, – mən özümü aldadırdım, özümə güvənirdim.
– Deməli, özünüzü xoşbəxt sayırdınız?
– Çalışırdım, - dedi.