Page 81 - "Xəzər"
P. 81
– Siz igid adamsınız.
Bir dəqiqə ötdü. İndi yalnız otların arasında çəyirtkələr cırıldayır, bir də
parkdakı ağacların yarpaqlarının xışıltısı gəlirdi.
– Elə mən də çox xoşbəxt deyiləm, – qadın dedi, – xüsusilə də belə yay
gecələrində, çay qırağında olanda.
O, cavab vermirdi, yalnız əlinin süst hərəkətiylə zülmətdə uyuyan qarşı
sahilə işarə elədi.
– Onda mən orda oturmuşdum, - dedi.
– Mənim yanımdan gedəndə?
O, başını tərpətməklə kifayətləndi.
Və birdən tir-tir əsərək əsəbi hərəkətlə yerindən qalxdı, içini çəkdi,
boğazından qəribə, əzablı bir səs çıxardı və yavaşca onun ayaqlarına düşdü. Qadının
skamyaya qoyduğu əlini əlinin içinə aldı, onu buraxmadan o biri əlindən də yapışdı;
bu balaca, qozbel adam tir-tir əsərək, içini çəkərək onun qarşısında dizləri üstə
sürünür, üzünü ətəyinin qırçınlarında gizləyərək, nəfəsi kəsilə-kəsilə insan səsi
olmaqdan çıxmış qəribə bir səslə pıçıldayırdı:
– Siz axı bilirsiniz... İcazə ver... Aman, ilahi, aman... Mən daha bacarmıram!
Qadın onu özündən kənarlaşdırmadı, lakin ona tərəf əyilmədi də. Azacıq
arxaya söykənərək şax oturmuşdu, suyun sayrışması əks olunan bir-birinə yaxın
gözləri onun başının üstündən çox gərgin nəzərlərlə lap uzaqlara baxırdı.
Sonra qəflətən barmaqlarını onun isti əllərin
dən çəkdi, qürurlu, saymazyana bir təbəssümlə onun çiyinlərindən yapışıb yerə
yıxdı, yerindən sıçrayaraq qalxıb xiyabanda gözdən itdi.
O uzanıb qalmışdı – gicəllənmiş, beyni dumanlı halda üzünü otların arasında
gizlədib tərpənmirdi. Bədəni titrəyirdi. Özünü qalxmağa məcbur etdi, ikicə addım
atıb, yenə torpağa sərildi. Suyun lap qırağına yıxıldı.
Yaxşı, bəs bütün baş verənlərdən sonra o nə hiss edirdi? Bəlkə onu baxışıyla
təhqir edərkən hiss etdiyi həmin o nifrət idi ki, indi it kimi yerdə düşüb qalanda