Page 79 - "Xəzər"
P. 79
ıydı. Oturub qadına baxırdı. Bu baxışlarda ehtirasdan əsər-əlamət yox idi, heç
əzab da görünmürdü; nəsə bir keylik, gücsüz, iradəsiz bir mütilik əks olunurdu.
Təxminən on dəqiqə beləcə keçdi. Xanım fon Rinnlingen elə bil bayaqdan
gizlincə ona göz qoyurmuş, ayağa qalxdı və birbaşa cənab Fridemana yaxınlaşdı.
– Bağa gedək, cənab Frideman?
O cavab verdi:
– Məmnuniyyətlə, xanım.
– Siz hələ bizim bağda olmamısınız? – pilləkənlə enə-enə soruşdu. – Kifayət
qədər böyük bağımız var və ümid edirəm ki, ora hələ tünlük deyil. Bir az dincəlmək
istəyirəm. Şam zamanı mənim başım ağrıdı bir az: görünür, qırmızı şərab mənim
üçün çox tünddür. Buyurun bura, bu qapıya...
Şüşəli qapıdan kiçik, sərin bir meydançaya düşdülər, bir neçə pillə birbaş
bağa enirdi.
Gecə heyrətamiz dərəcədə ilıq, ulduzlu idi. Torpaqdan, çiçək ləklərindən
xoş rayihə qalxırdı. Bağ ay işığına qərq olmuşdu. Tökülmüş çınqıldan ağaran
cığırlarda siqaret çəkən, söhbətləşən qonaqlar gəzişirdi. Onların bir qismi hamının
hörmət etdiyi qoca həkimin gülüşlər altında kağız gəmilər buraxdığı fontanı dövrəyə
almışdı.
Xanım Rinnlingen başını yüngülcə tərpədərək onların yanından ötdü və
əliylə daha uzağa, ətrafa gözəl rayihələr yayan güllüyün qaralan parka qovuşduğu
yerə işarə etdi.
– Biz bu xiyabanla üzüaşağı gedəcəyik, – dedi.
Parkın girişində alçaq, enli iki sütun vardı. Ox kimi uzanan xiyaban bitən
yerdə isə ay işığında rəngi yaşıla çalan çay parlayırdı. Bura qaranlıq və sərin idi.
Xiyabandan bəzi yerlərdə cığırlar ayrılır, burula-burula çaya sarı enirdi. Sükut uzun
müddət pozulmadı.
Sonra o dedi: