Page 78 - "Xəzər"
P. 78
– Cənablar, mən təklif edirəm, qəhvəni başqa otaqlarda içək, bu axşam bağda
da yaxşı olmalıdır və mən təmiz hava udmaq həvəsində olanlara məmnuniyyətlə
qoşularam.

Leytenant fon Deydeshaym ortaya çökən sükutu məzəli bir zarafatla kəsdi
və hamı masa arxasından gülə-gülə qalxdı. Cənab Frideman yemək otağını tərk edən
sonuncular sırasındaydı, rəqs etdiyi xanımı qədim alman üslubuyla bəzənmiş, artıq
bir neçə kişinin siqaret çəkmək üçün toplaşdığı alaqaranlıq, rahat qonaq otağına
ötürüb getdi.

O, şıq geyinmişdi – qəşəng frakı, göz qamaşdıran dərəcədə bəyaz köynəyi
vardı, lak çəkmələri sanki incə ayaqlarına biçilmişdi. Yeriyəndə isə corablarının
qırmızı ipəkdən olduğu görünürdü.

O, dəhlizə boylandı, qonaqların əksəriyyəti artıq dəstə-dəstə pilləkənlə bağa
enirdilər.

Lakin o, əlində siqar və qəhvə fincanı, qədim üslubda bəzədilmiş istirahət
otağının qapısı ağzında əyləşdi və qonaq otağına tamaşa etməyə başladı.

Sağ tərəfdə, qapıya yaxın masanın ətrafındakı kiçik dəstənin içində ən çox
gözə çarpanı həmin tələbə idi. O israr edirdi ki, bir nöqtədən bəlli düz xəttə bir yox,
bir neçə paralel xətt aparmaq olar. Məhkəmə iclasçısının xanımı Hagenştrem ucadan
səsləndi: “Bu ola bilməz!” Bunun cavabında isə cavan oğlan dediklərini elə dəqiq
isbat etdi ki, bütün dinləyənlər razılaşmalı oldular.

Amma otağın içərilərində, döşəmədə qoyulmuş qırmızı abajurlu alçaq
lampanın işıqlandırdığı taxtın üstündə Stefensin gənc qızıyla söhbətləşən Gerda fon
Rinnlingen oturmuşdu. O, ayağını ayağının üstünə aşıraraq, sarı ipək balışa
söykənmişdi, tələsmədən əlindəki siqareti çəkir, alt dodağını irəli verərək, tüstünü
burun pərələrindən buraxırdi. Freyleyn Stefens isə onun qarşısında qamətini
əymədən oturmuşdu və ətrafında baş verən hər şeyə ürkək bir təbəssümlə cavab
verirdi.

Balaca cənab Fridemanla heç kəsin işi yox idi və onun iri gözlərinin xanım
fon Rinnlingenə tuşlandığını heç kim görmürdü. Görkəmində nəsə bir süstlük
   73   74   75   76   77   78   79   80   81   82   83