Page 77 - "Xəzər"
P. 77
Ümumi fikir beləydi ki, xanım Rinnlingenin təşkil etdiyi gecə əla keçir.
Təxminən otuz qonaq bütün otağı tutan, üstünə zərif servizlər düzülmüş uzun
masanın arxasında yerləşmişdi. Lakeylər və iki muzdlu ofisiant tez-tələsik
dondurma paylayırdılar; qədəhlərin cingiltisi, çəngəl-qaşıq səsləri, yemək-içməyin
və ətirlərin qoxusu bütün otağı doldurmuşdu.
Burda hörmətli, ailəcanlı tacirlər öz arvadları və qızları ilə, yerli qarnizonun
demək olar, bütün zabitləri, – bir sözlə, qoca həkim, bir neçə hüquqçu da daxil
olmaqla, şəhərin ən seçilmiş adamları toplaşmışdı. Qonaqlar arasında riyaziyyat
fakültəsinin bir tələbəsi, podpolkovnikin qardaşı oğlu, tətilini qohumlarının yanında
keçirən bir oğlan da vardı. O, cənab Fridemanla üzbəüz oturmuş Hagenştremin
qızıyla dərin məzmunlu söhbət aparırdı. Cənab Frideman gözəl məxmər balışın
üstündə, stolun aşağı başında, gimnaziya direktorunun kifir arvadı ilə yanaşı, masa
başına konsul Stefensin gətirdiyi xanım fon Rinnlingenin yaxınlığında əyləşmişdi.
Düzü, bu günlər ərzində balaca cənab Frideman çox dəyişmişdi. Bəlkə də otağı
işıqlandıran qaz lampasından düşən şölədən onun üzü lap solğun görünürdü. Lakin
yanaqları da batmışdı və ətrafında qara kölgələr olan gözləri son dərəcə qüssəylə
baxır, ümumən görkəmi elə gündə idi ki, sanki belinin donqarı bir az da böyümüşdü.
O çox içir, qonşusuyla demək olar ki, danışmırdı.
Xanım fon Rinnlingen onunla hələ bircə kəlmə də kəsməmişdi. İndi isə
özünü azacıq irəli verib masanın arxasından ona səsləndi:
– Bütün bu günlər ərzində nahaq yerə sizi və skripkanızı gözlədim.
Cavab verməmişdən əvvəl, qadına mənasız gözləriylə uzun-uzadı baxdı.
Onun açıq rəngli donundan ağ boynu görünürdü, qızılı-kürən saçlarını qızılgül
bəzəyirdi. İndi yanaqları yüngülcə allanmışdı, amma gözlərinin qıraqlarında
həmişəki göy kölgələr yenə görünürdü.
Cənab Frideman gözlərini masaya dikib nəsə anlaşılmaz bir şey mızıldandı,
bundan sonra hələ gimnaziya direktorunun arvadı verən sualı da cavablandırmalı
oldu – o, Bethoveni sevirmi. Lakin elə həmin an masanın başında oturmuş
podpolkovnik arvadına nəzər saldı və bakalını cingildədərək dedi: