Page 76 - "Xəzər"
P. 76
in, qısa bir əzab bahasına həmişəlik xilas olsun, əbədi rahatlıq tapsın. Hə, hüzur,
hüzur – onun istəyi yalnız bu idi! Amma bomboş, sükuta qərq olmuş heçlik yox,
işıqlı, xoş düşüncələrdən isinmiş dinc, sakit bir hüzur istəyirdi. Həmin an onun bütün
vücudunu həyat eşqi, baş tutmamış xoşbəxtliyin üzücü xiffəti çulğadı. Lakin sonra
əbədi biganəliyiylə seçilən təbiətin lal simasına diqqətlə baxdı və çayın günəş şüaları
altında öz yatağıyla necə axdığını, sonradan ləçəklərini tökmək, bürüşüb qurumaq
üçün açmış çiçəklərin öz saplaqları üstündə necə durduğunu, hər şeyin mövcudluğun
qanunları qarşısında dinməz bir mütiliklə baş əydiyini gördü və olacaqla barışmaq
hissi qəflətən onu ağuşuna aldı – bu hisslər insana bütün talelərin fövqündə durmağa
imkan verirdi.
Cənab Frideman həmin o günü xatırladı ki, otuz yaşı tamam olmuşdu və o
tapdığı hüzurdan xoşbəxt olub, qorxu bilmədən, ümidlərinə uymadan öz gələcəyini
qabaqcadan müəyyən etməyə çalışırdı. Nə işıq vardı, nə kölgə, – yalnız solğun,
alatoranlıq görürdü irəlidə və bu mənzərə hardasa uzaqlarda mütləq zülmətlə
çulğaşırdı. Çoxdanmı olmuşdu bu?
Və budur, bu qadın gəldi, o mütləq gəlməliydi, bu onun taleyi idi, qadının
elə özü tale idi – yalnız özü, tək özü!
Gəldi və o öz hüzurunu qorumağa nə qədər can atsa da, cavanlığında içində
boğduğu, məhvə apardığını gözəl dərk etdiyi bütün hisslərini oyatdı. İndi dəhşətli,
qarşısıalınmaz bir qüvvə onu məhz məhvə aparırdı.
Labüd məhvə aparırdı və bunu hiss edirdi. Özünü niyə üzür, niyə mübarizə
aparır axı? Qoy hər şey öz axarıyla getsin! Qoy o da yolunun sonuna yetişsin, irəlidə
qaralan uçurumun qırağında gözlərini yumsun, qismətinə, qarşısını almaq mümkün
olmayan şirin işgəncəyə müticəsinə tabe olsun.
Su bərq vurur, jasmin kəskin rayihəsini ətrafa yayır, başları üstündə göy
səmanın durduğu ağaclarda quşlar cəh-cəh vururdu. Balaca qozbel cənab Frideman
öz skamyasında hələ bir xeyli oturdu. O, qəm dəryasına qərq olaraq, hər iki əlini
çənəsinə söykəyib oturmuşdu.