Page 75 - "Xəzər"
P. 75
xanım fon Rinnlingen kişiləri bir-birinə təqdim etdi. Podpolkovnik qonağa da, öz
xanımına da eyni sayğıyla təzim etdi. Onun günün altında qaralmış sifəti tərdən
parıldayırdı.
Əlcəklərini çıxara-çıxara özünün gur, kükrəyən səsiylə ona aşağıdan yuxarı
geniş açılmış mənasız gözlərlə baxan, indicə çiynini dostyana şappıldadacaqları
barədə fikri başından çıxara bilməyən cənab Fridemana bir neçə kəlmə dedi. Amma
sonra üzünü arvadına tutdu və dabanlarını cütləyib yüngülcə təzim edərək astadan
dedi:
– Əzizim, sən artıq bizim kiçik məclisə gəlməsini cənab Fridemandan xahiş
etmisən? Əgər etirazın yoxdursa, onu bir həftədən sonra təşkil etmək istərdim. Ümid
eləyək ki, yaxşı havalar hələ davam edəcək və biz bağda otura biləcəyik...
– Necə istəyirsən, elə də et, – xanım fon Rinnlingen ona baxmadan cavab
verdi.
İki dəqiqədən sonra cənab Frideman ayağa qalxdı. Qapıya çatarkən bir daha
təzim edib onun gözlərinə baxdı. İndi bu gözlər heç nə ifadə etmirdi.
O getdi. Şəhərə, evlərinə getmədi, tam şüursuz olaraq xiyabandan ayrılan,
aşağı, çayın üzərində ucalan qala səddinə aparan cığıra buruldu. Burda qalın kölgəli
ağacların altında skamyalar, rəngbərəng çiçəklər açmış ləklər vardı. O sürətlə, heç
nə düşünmədən, başını belə qaldırmadan gedirdi. İsti onu təntidirdi, damarlarında
qanının necə çağladığını eşidir, gicgahlarında necə döyündüyünü duyurdu.
Qadının baxışları onu təqib edirdi. Amma o baxışlar mənasız, ifadəsiz vida
baxışları deyildi, onu yolboyu təqib edən qəribə və sakit, sözləri bitəndən sonra onu
yuxarıdan aşağı süzərək qiymətləndirən, qəddar və yırtıcı baxışlar idi. Deməli, onun
çarəsizliyindən, çaşqınlığından zövq alırdı, hə? Deməli, onun içini də görürdü? Əgər
belədirsə, onda deməli, bu insan mərhəmət hissinin nə olduğunu heç bilmir?
İndi o, yaşıllaşan təpələrin uzandığı çay boyu gedirdi və çiçəkləyən jasmin
kollarının arasındakı skamyada oturdu. Hava şirin, ətirli rayihələrlə doluydu. Qızmar
günəş suyun xırdaca ləpələrində sayrışırdı. Yorğun, küncə sıxılmış olsa da, üzücü
bir həyəcan içindəydi. Yaxşı olmazmı ki, son dəfə ətrafa göz gəzdirib çayın kənarına