Page 73 - "Xəzər"
P. 73
Qadın onunla yanaşı oturdu, əllərini kreslonun qoltuqlarına qoyub arxaya
söykəndi. O isə irəli əyilib silindrini dizlərinin arasında saxlayaraq əyləşmişdi.
Qadın dedi:
– Bilirsiniz, on beş dəqiqə qabaq sizin bacılarınız burda idilər və dedilər ki,
xəstələnmisiniz?
– Hə, elədir, – cənab Frideman cavab verdi, – səhər özümü heç yaxşı hiss
etmirdim. Düşünürdüm ki, çıxa bilmərəm. Xahiş edirəm, gecikdiyimə görə məni
bağışlayasınız.
–Sizin elə indi də xəstəhal görkəminiz var, – diqqətlə ona baxaraq dilləndi.
– Rənginiz solub, gözləriniz qırmızıdır. Sizin, ümumiyyətlə səhhətinizdən
şikayətiniz var?
– O... – cənab Frideman kəkələyərək birtəhər cavab verdi, – yox... əslində
elə bir şikayətim... yoxdur.
– Mən də tez-tez xəstələnirəm, – qadın sözünə davam etdi. – Əsəbiyəm və
bəzən haldan-hala düşürəm – bütün bunlar mənə yaxşı tanışdır.
Qadın susub başını aşağı saldı və nəyisə gözləyirmiş kimi, altdan-altdan ona
baxdı. Lakin o, dinmirdi, sakitcə oturub diqqətli, qayğılı nəzərlərini ona zilləmişdi.
Bu qadının dedikləri nə qədər qəribədir və onun aydın, kövrək səsi adamı necə
riqqətə gətirir! Ürəyinə elə bil sakitlik hakim kəsilmişdi, sanki yuxu görürdü. Bu
sükutu xanım fon Rinnlingen pozdu.
– Dünən siz, deyəsən, teatrdan yarımçıq çıxdınız?
– Elədir, xanım.
– Mən buna təəssüfləndim. Siz yaxşı qonşu idiniz. Tamaşaya elə diqqətlə
baxır, elə dinləyirdiniz ki... Kifayət qədər yaxşı oynamamaqlarına, daha doğrusu,
nisbətən yaxşı oynadıqlarına baxmayaraq... Yəqin siz musiqini sevirsiniz, bəlkə hələ
royal da çalırsınız, eləmi?
– Skripkada, – cənab Frideman dilləndi, – çalıram... bir balaca...