Page 72 - "Xəzər"
P. 72
Qapı açıldı, lakey onun qarşısına çıxıb vizit kartını alaraq qırmızı ensiz xalça
salınmış pilləkənlə yuxarı yüyürdü. Cənab Frideman elə həmin xalçanın üstündə
hərəkətsiz durub lakey qayıdaraq xanımın onu yuxarı dəvət etdiyini söyləyənə qədər,
pilləkənin başından gözünü çəkmədi.
Yuxarıda, qonaq otağına açılan qapıda çəliyini divara söykədi, aynaya bir
nəzər saldı: rəngi ağarmış, gözləri qızarmışdı, silindrini tutmuş əlində bir əsmə hiss
olunurdu.
Lakey qapını açdı və o içəri keçdi. Geniş qonaq otağının pəncərələrində qalın
pərdələr vardı, içəri alaqaranlıq idi. Sağ tərəfdə royal, ortadakı masanın ətrafında
qəhvəyi ipək üzlüklü kreslolar düzülmüşdü. Soldakı taxtın üstündən qızılı çərçivədə
bir mənzərə şəkli asılmışdı. Divarın kağızları da tünd idi. Bir az aralıda, evin
divarındakı, pəncərələri olan yarımdairəvi çıxıntıda palmalar dururdu.
Xanım fon Rinnlingen sağ tərəfdəki pərdəni açıb qəhvəyi xalının üstüylə
səssizcə ona tərəf gələnə kimi bir dəqiqə çəkdi. Onun əynində çox gen, qırmızı-qara
damalı çox sadə bir paltar vardı. Pərdənin arasından gur işıq düşür, bu işıqda toz
zərrələri uçuşurdu və qadının sıx, kürən saçlarına çatıb onları bir anlıq qızıl kimi
parladırdı. Sınayıcı baxışları birbaş ona yönəlmişdi, alt dodağı həmişəki kimi bir az
qabağa çıxmışdı.
– Xanım, – cənab Frideman gözlərini qaldırıb sözə başladı, boyu onun
sinəsinə zorla çatırdı – öz tərəfimdən sizə olan dərin hörmətimi bildirmək istəyirəm.
Siz bacılarımı ziyarətə gələndə, çox təəssüf ki, mən olmamışam... və səmimi-
qəlbdən buna təəssüflənirəm...
Daha bir kəlmə də deyə bilmədi, o isə durub tamaşa edir, gözünü ondan
çəkmirdi – elə bil sözünün davamını tələb edirdi. Qan beyninə vurdu. “Bu məni
dolayıb! – düşündü. – İçimə qədər görür məni! Sən bir onun nöqtə boyda olmuş
bəbəklərinə bax...” Nəhayət, qadın çox sakit bir səslə dedi:
– Təşrif buyurmaqda gözəl iş tutmusunuz, mən də sizin orada olmamağınıza
təəssüflənirdim... Əyləşəkmi?