Page 71 - "Xəzər"
P. 71
Və Friderika çıxıb getdi.
O, masanın yanında durub tələsmədən qəhvəsini içə-içə krendelini yedi.
Özündən, öz dönməzliyindən razı idi. Səhər yeməyini bitirən kimi yenə pəncərə
önündə oturdu. Qəhvənin köməyi dəymişdi, özünü tam xoşbəxt, ümidli sayırdı.
Kitabı götürüb, siqaret yandırmışdı və oxuyarkən arabir gözlərini qıyıb günəşə də
baxırdı.
Artıq küçədə həyat canlanmışdı. Faytonların, arabaların taqqıltısı, konkanın
zəngləri ona gəlib çatırdı, amma bütün bu səslər quşların cikkiltisini üstələmək
gücündə deyildi və parlaq, mavi ənginliklərdən otağına ilıq və incə bir meh vururdu.
Saat onda dəhlizdə bacılarının ayaq səslərini eşitdi, giriş qapısının cırıltısı
qulağına dəydi, hər üç xanımın pəncərəsinin altından necə keçdiyini gördü və buna
qəti əhəmiyyət vermədi. Bir saat da ötdü. İçinə getdikcə daha böyük bir yüngüllük
çökürdü. Vücudunu hətta ifrat bir sevinc çulğamışdı. Qiyamət gündür! Quşların cəh-
cəhinə bax bir! Bəlkə çıxıb bir balaca gəzsin?
Elə o andaca, bu düşüncəsiylə qətiyyən əlaqəsi olmayan, adamı qorxudacaq
dərəcədə xoş bir fikir gəldi ağlına: bəlkə onlara gedim?! Və hətta bütün əzələlərinin
gərilərək içindən qalxan bu səsi boğmağa çalışdığı bir anda o, artıq təntənəli bir
şəkildə qəti qərar verdi – gedirəm!
Bazar günləri geydiyi qara kostyumunu əyninə keçirdi, silindrini, çəliyini
götürdü, kəsik-kəsik, tövşüyə-tövşüyə nəfəs alaraq bütün şəhərdən keçib cənub
tərəfə üz tutdu. Ətrafda kimsəni görmədən, yalnız özünə qapılaraq, qəribə bir
heyranlıq içində, başını hər addımda sağa-sola tərpədərək, qarşısında “Podpolkovnik
fon Rinnlingen” lövhəli kərpic villanın düz qarşısına aparan şabalıdlı xiyabana
çatana kimi ayaq saxlamadı.
İndi isə canına titrətmə düşmüşdü, ürəyi qıc olubmuş kimi sıxılır və dəhşət
içində çırpınırdı, qapının ağzına çatıb zəngi basdı. “Geriyə yol yoxdur, olacağa
çarə...”, - deyə, düşündü. Qəlbinə bir məzar sükutu hakim kəsildi.