Page 62 - "Xəzər"
P. 62
dı və nadir hallarda boş qalırdı, bəzən hətta üç bacısının əhatəsində gəlirdi teatra.
Analarının ölümündən sonra bacılar dördünə miras kimi qalmış köhnə evlərində
təsərrüfatı idarə edirdilər – həm özlərininkini, həm də qardaşlarınınkını.
Təəssüf, hələ ərə gedə bilməmişdilər, amma artıq o yaşda idilər ki, buna
ümidləri də yox idi; bacıların böyüyü Friderika cənab Fridemandan on yeddi il qabaq
dünyaya gəlmişdi. O da, ikinci bacıları Henriyetta da bir qədər sümüklü, arıq idilər;
kiçikləri, bəstəboy Fifi isə ifrat köklüyüylə fərqlənirdi. Üstəlik onun gülməli bir
vərdişi vardı – danışanda bədəni sağa-sola yellənir, ağzının qıraqlarına isə tüpürcək
yığılırdı.
Balaca cənab Frideman bacılarına elə də bağlı deyildi, di gəl bu üç qız bütün
məsələlərdə tam həmrəy idilər və tanıdıqları bir xanım ərə gedəndə bu birlik özünün
zirvəsinə çatırdı. Belə vəziyyətlərdə onlar bir ağızdan buna çox sevindiklərini
söyləyirdilər.
Cənab Şlifqotun müəssisəsini buraxıb müstəqil olaraq kiçik bir agentlik, ya
da əziyyəti nisbətən az olan başqa bir qurumun sahibinə çevriləndən sonra da o elə
bacılarıyla bir yerdə qalırdı. Cənab Frideman köhnə evin alt mərtəbəsindəki
otaqlarda yaşayır və yalnız yemək üçün yuxarı qalxırdı, çünki arabir təngnəfəslikdən
əziyyət çəkirdi.
Otuz yaşının tamam olduğu işıqlı, isti iyun günü o nahar edib boz çadırın
kölgəsində oturmuşdu, yaxşı siqarı da vardı, gözəl kitabı da, başını isə Henriyettanın
gözəl tikmə ilə bəzədiyi kiçik balışa söykəmişdi. Hərdən kitabı əlindən qoyur, qoca
fındıq ağacına qonmuş sərçələrin sevincək cikkiltisinə diqqət kəsilir, evə aparan,
çınqıl tökülmüş yola, üzərində çiçək ləkləri görünən yaşıl çəmənə baxırdı.
Balaca cənab Frideman saqqal saxlamırdı, zaman onun zahirini demək olar
ki, dəyişməmişdi, yalnız sifətinin cizgiləri elə bil bir balaca sərtləşmişdi. Açıq rəngli
hamar saçlarını yana darayırdı.
O, kitabı sakitcə dizinin üstünə endirdi və gözünü qıyıb gömgöy, günəşli
səmaya baxdı. “Budur, otuz il də ötdü, - öz-özünə dedi. – Hardasa on il, bəlkə də lap