Page 63 - "Xəzər"
P. 63
rmi il qalıb – düzünü tanrı bilər. Onlar da səf çəkib sakitcə keçəcəklər – elə bu
otuz ilim kimi... mən qarşıdakı illərimi içimdə bir hüzur gözləyirəm”.
Elə həmin ilin iyul ayında bütün şəhəri vəlvələyə salan bir hadisə baş verdi.
Yerli hərbi qarnizonun rəisi, bütün şəhərin sevimlisi olan şişman və çox nikbin
birisini vəzifədən götürdülər; şəhərlilər onunla könülsüz vidalaşırdılar. Bir tanrıya
bəlli idi ki, onun yerinə hansı əsaslasa paytaxtdan cənab fon Rinnlingen təyin
olundu. Amma deyəsən, təzə rəisin işləri pis getmirdi. Evli, lakin övladı olmayan
polkovnik şəhərin cənub ətrafında kifayət qədər geniş bir malikanə kirayələdi və bu
birbaşa ona dəlalət edirdi ki, öz qapısını şəhərlilərin üzünə bağlamaq niyyətində
deyil. Hər necə olsa, onun varlı bir insan olduğu haqda mülahizələr öz təsdiqini
tapırdı: paytaxtdan özüylə dörd nökər, beş minik və qoşqu atı, yüngül ovçu arabası
və lando – dörd nəfərlik açıq kareta gətirmişdi.
Rinnlingen cütlüyü şəhərin adlı-sanlı ailələrini ziyarət etməyi sonraya
saxlamadılar və onların adı artıq dillər əzbəri idi. Lakin məxsusi maraq cənab fon
Rinnlingenin özünə yox, onun xanımına yönəlmişdi.
Kişilər özləru üçün bir nəticə hasil edənədək bir qədər çaşqın qalmışdılar.
Xanımlar isə baltanı kökündən vurub Gerda fon Rinnlingenə hökm çıxardılar.
– Bu xanım iliyinə kimi şəhərlidir, – deyə, məhkəmə iclasçısının arvadı,
xanım Hagenştrem Henriyetta Fridemanın qulağına gizlincə pıçıldamışdı. – Bu
təbiidir! Siqaret çəkir, at minir; yaxşı, bunu normal bir şey kimi qəbul edək. Bəs
davranış maneraları! Özünü lap sərbəst, bir tələbə kimi, bir oğlan uşağı kimi aparır,
amma heç bu sözlərlə də dəqiq ifadə etmək olmaz onun davranışını! Zahiri görünüşü
də babatdır, hələ bəlkə lap gözəl də demək olar, lakin bircə damcı qadınlığı yoxdur,
onun baxışında, təbəssümündə, hərəkətlərində bütün kişilərin xoşladığı əsl qadın
ecazkarlığı çatışmır. Düzdür, özünü dartan deyil və Tanrı şahiddir ki, mən bunu
yüksək qiymətləndirirəm. Lakin heç yarayarmı ki, iyirmi dörd yaşlı gənc bir xanım
təbiətin bizə verdiyi gücə, hakimiyyətə bu dərəcədə sayğısız yanaşsın? Canım
mənim, mən sözbaz deyiləm, nə söylədiyimi də yaxşı bilirəm! Hələlik ona hayıl-