Page 58 - "Xəzər"
P. 58
ra doktor onun əlini hərarətlə sıxıb ümidverici bir tərzdə elan etdi ki, balacanın
həyatı üçün artıq birbaşa təhlükə yoxdur, yəni ən əsas məsələ – yüngül beyin
silkələnməsi ötüb keçib və bu, elə uşağın baxışlarından da aydın duyulur; indi körpə
hadisə baş verəndən dərhar sonra baxdığı kimi mənasız, donuq baxmırdı... Təbii ki,
bir qədər səbr etmək, vəziyyətin dinamikasına göz qoymaq və daha yaxşı qismətə...
hə, məhz qismətə ümid bağlamaq lazım idi...
İohannes Fridemanın uşaqlıq illərini keçirdiyi, şiş uclu maili damı olan
boz bina qədim ticarət şəhərinin şimal darvazası yaxınlığında yerləşirdi. Daş
döşənmiş geniş dəhlizdən yuxarı ağ, taxta məhəccərli pilləkən qalxırdı. İkinci
mərtəbənin qonaq otağındakı divar kağızlarında köhnəlikdən rəngi solmuş
mənzərələr çəkilmişdi, qırmızı ağacdan olan ağır, al-qırmızı məxmər süfrə salınmış
iri masanın ətrafında isə sərt, dik söykənəcəkli əzəmətli kreslolar dövrələmə
durmuşdu.
Uşaqlıqda tez-tez burada, o üzündə gözəl çiçəklər açan pəncərənin
qarşısında, anasının ayaqları altındakı alçaq skamyada oturur, onun dümdüz tağla
ayrılmış çal saçlarına, incə, mehriban sifətinə tamaşa edir, anasının bədənindən
ətrafa yayılan, zorla sezdiyi bir rayihəni sinəsinə çəkib nəfəsini elə qısırdı, sanki
sehrli bir nağıla qulaq asırdı. Ya da, İohannes mehriban sifətli və çal bakenbardlı bir
cənab olan atasının portretini seyr edirdi. Anası deyirdi ki, o, göylərdədir və orda
hamımızın yolunu səbrlə gözləyir.
Evin arxasında kiçik bir bağ vardı, yaxınlıqdakı şəkər zavodundan gələn çox
şirin, ürəkbulandırıcı qoxuya baxmayaraq yayda günlərinin tən yarısını burda
keçirirdilər. Gövdəsi düyün-düyün qoca fındıq ağacı da elə orda bitirdi və balaca
İohannes, adətən, onun kölgəsi altında, özünün alçaq ağac kreslosunda oturub fındıq
yeyir, anası və üç böyük bacısı isə boz parusin günlüyün altında dincəlirdilər. Amma
oğul balasını məhəbbətlə süzmək üçün ananın qüssəli nəzərləri əlindəki tikmədən
tez-tez ayrılırdı.
Balaca İohannesə hündür sinəsi, donqar beli və bədəninə yaraşmayacaq
qədər uzun, arıq qollarına görə heç də suyuşirin deməzdin və beləcə, kreslosunda