Page 60 - "Xəzər"
P. 60
hannes qəribə bir sıxıntı hiss edir, qızın qəsdən, nümayişkaranə şəkildə göstərdiyi
mehribanlıq isə ona olmazın əzablar verirdi.
Yay axşamlarının birində şəhərdəki təpəliklə tək-tənha gəzəndə,
yaxınlıqdakı jasmin kollarının arxasından qulağına pıçıltı dəydi: həmin qız
İohannesin yaxşı tanıdığı ucaboy, kürən bir yeniyetmə ilə skamyada yanaşı
oturmuşdu. Oğlan qızı qucaqlayıb dodaqlarından öpdü, o da pıqqıldayaraq oğlanın
öpüşünə öpüşlə cavab verdi. Bunu görən İohannes Frideman üzünü çevirib, oğrun-
oğrun ordan uzaqlaşdı.
O başını çiyinlərinə indi daha çox qısmışdı. əlləri əsir, qəhər onu boğurdu.
“Yaxşı, - öz-özünə dedi. – Qurtardı! Mən bir daha belə hisslərdən əzab çəkməyəcəm.
Başqalarına bu hiss ləzzət, sevinc gətirir, mənə isə yalnız kədər və əzab. Bəsimdir
daha! Düz xirtdəyiməcən bəsimdir! Bitdi!”
Düzgün qərar vermişdi! İohannes sevgidən üz çevirirdi, ilk dəfə və
həmişəlik... O, evlərinə, kitablarının yanına, domba sinəsinin mane olmasına
baxmayaraq çalmağı təzəcə öyrəndiyi skripkasının yanına döndü.
On yeddi yaşında məktəbə “əlvida” dedi və kommersiya ilə məşğul olmağa
başladı – eynən onların çevrəsindən olan insanların əsrlərdən bəri məşğul olduğu
kimi; cənab Şlifoqtun çayın aşağı tərəflərində yerləşən meşə təsərrüfatı müəssisəsinə
usta şəyirdi düzəldi. Onunla yumşaq davranırdılar, elə özü də üzüyola, sayğılı idi və
illər beləcə sakit keçib gedirdi. Lakin iyirmi bir yaşı tamam olanda, anası uzun sürən
xəstəlikdən sonra dünyasını dəyişdi.
Bu, İohannes Frideman üçün böyük dərd idi. Gözünü açandan ondan
ayrılmamışdı... Ondan doymur, xoşbəxtliyini onda görürdü. Və indi bu xoşbəxtliyini
uşaqlıq çağlarının saysız-hesabsız xatirələriylə qövr elətdirir, onun hər anını xəsis
kimi üst-üstə yığır və həyatının ilk sarsıntısını beləcə yaşayırdı. Lakin məgər həyat
bizim istədiyimiz kimi olmayanda, onu “xoşbəxt” adlandıra bilməyəndə də gözəl
deyilmi? İohannes Frideman bu sualın cavabını tapmışdı və həyatı sevirdi. Kimsə
bilmir ki, həyatın bəxş etdiyi xoşbəxtlik kimi ali bir nemətdən könüllü imtina edib,