Page 57 - "Xəzər"
P. 57
Alman ədəbiyyatının klassiklərindən olan, “Venesiyada ölüm”, “Sehrli dağ”, “Doktor
Faustus”, “İosif və qardaşları” kimi əsərlərin müəllifi Tomas Mann (1875-1955) “Buddenbroklar”
romanına görə 1929-cu ildə Nobel mükafatına layiq görülmüşdür.
“Balaca cənab Frideman” yazıçının kiçik həcmli əsərlərindəndir. Əsərin qəhrəmanı tənha
və anadangəlmə şikəst olsa da, xarakter etibariylə onu güclü saymaq olar. Şikəstliyilə barışıb
yaşayan bu insanın həyatı bir andaca dəyişir, “sevgi” deyilən hiss onun gen dünyasını başına dar
eləyir, qurduğu xanimanı kərpic-kərpic uçulur.
Balaca cənab Frideman
Hər şeyin günahı dayədə idi. Konsul xanımı Frideman azacıq şübhələnən
kimi, əbəs yerə məsləhət verdi ki, bu ziyanlı vərdişini tərgitsin. Çox nahaq ona tünd
pivənin üstündən gündə bir stəkan qırmızı şərab da verirdilər. Sən demə, o heç
təsərrüfatda istifadə etmək üçün düzəltdikləri təmiz spirtdən də vaz keçmirmiş.
Onunla haqq-hesabı üzüb, yerinə adam tapana kimi, artıq olan olmuşdu. Ana özünün
üç yeniyetmə qızıyla gəzintidən evə qayıdanda görmüşdü ki, cəmi biraylıq körpəsi
İohannes bələk masasından yıxılıb yerə düşüb, çarəsiz, köməksiz vəziyyətdə yazıq-
yazıq zarıyır, dayə isə yanında durub key-key ona baxır.
Bu qıvrılan kiçik vücudu doktor ehtiyatla, diqqətlə müayinə edəndən sonra
sifətinə çox qayğılı bir ifadə qondu, üç bacı içlərini çəkərək küncə qısılıb
durmuşdular, ana isə ürək yanğısıyla ucadan dua edirdi.
Yazıq qadın bu körpəni bətnində gəzdirərkən Niderland konsulu olan əri elə
bu cür qəfil və sağalmaz bir dərddən dünyasını dəyişmişdi; bununla da qadının
içində elə bil nəsə qırılmış, həyata inamı büsbütün tükənmişdi deyə indi körpə
İohannesin bu bəladan salamat qurtaracağına da ümidi yox idi. Lakin iki gündən