Page 61 - "Xəzər"
P. 61
nız əlyetən nəsnələrə sevinmək ona hansı mənəvi güc bahasına başa gəlmişdi.
Yazda şəhər ətrafındakı bağlarda gəzmək, cəh-cəh vuran bir quşcuğaz, xoş qoxulu
bir çiçək – məgər təkcə elə bunlara görə həyata minnətdar olmağa dəyməzdi?
Savadlı bir insanın gözəlliyi daha yaxşı dərk etməsini və oxumağın gözəl bir
şey olmasını anlayan İohannes də təhsilli olmağa çalışırdı. O, musiqini sevir,
şəhərlərində təşkil olunan bircə konserti belə buraxmırdı. İohannes özü də
məmnuniyyətlə çalardı, axı skripkada ifa edə bilirdi və işləri yaxşı gedəndə alətdən
çıxan hər gözəl, məlahətli səsə sevinirdi, baxmayaraq ki, skripka çalarkən kənardan
çox qəribə görünürdü.
Oxumaqdan doymur, tədricən özündə ədəbi zövq yetişdirirdi, hərçənd ki,
onun zövqünü bu şəhərdə kimsə bölüşmürdü. Vətənində və xaricdə olan bütün ədəbi
yeniliklərlə tanış idi, şerin ahəngindən, insanı qıcıqlandıran gözəlliyindən ləzzət ala
bilir, incə bir novellanın intim əhvalına asanca köklənirdi... Hə, yəqin ona epikürçü1
(zövq və nəşəni hər şeydən üstün tutan adam) demək mümkün idi!
O, həyatın bütün hadisələrini gözəl bir nemət kimi qəbul eləyirdi və
anlamışdı ki, həyatı xoşbəxt-bədbəxt deyə, bölmək düzgün deyil. Özünün bütün
hissiyyatını, ovqatının bütün çalarlarını düzgün qiymətləndirir, onların üstündə
əsirdi – həm tutqun, həm işıqlı, hətta həyata keçməyən arzularının, hətta xiffətinin
belə... Xiffəti məhz elə onun özünə görə sevir və deyirdi ki, ümidlər doğrulanda
bütün gözəl şeylər arxada qalmış olur. Məgər sakit yaz axşamının şirin-ağrılı, üzücü
ümidləri və intizarı, yayın baş tutmuş vədlərindən öz sevincinə görə daha qiymətli
deyil? Hə, əlbəttə epikürçü idi o – balaca cənab Frideman!
Amma küçədə çoxdan adət etdiyi mehriban bir canıyananlıqla ona təzim
edən insanlar bunu yəqin ki, bilmirdilər. Onlar bilmirdilər ki, açıq rəngli sürtüyündə
və parıldayan silindrində gülməli bir vüqarla addımlayan bu balaca, qozbel adam, –
nə qədər qəribə olsa da, o, şıq geyinməyə möhkəm meylliydi, – özünün yaratdığı
adi, xoşbəxtlik dolu həyatını necə sevir.
Lakin cənab Frideman ən çox teatra xüsusi maraq göstərirdi. Səhnə ona
qeyri-adi dərəcədə güclü təsir edir və çox vaxt tamaşadakı faciənin gedişi onun
balaca bədənini əsim-əsim əsdirirdi. Şəhər teatrının birinci yarusunda daimi yeri