Page 64 - "Xəzər"
P. 64
ıl olan kişilərin başı hərlənir, amma görəcəksiniz, bir neçə həftədən sonra onlar
xəyal qırıqlığına uğrayıb bu xanımdan üz çevirəcəklər.
– Ah, – Henriyetta Frideman dilləndi, – onun günü burda onsuz da xoş keçir!
– Bəs əri? – xanım Hagenştrem dedi. – Görün onunla necə davranır? Kaş
görəydiniz! Amma görəcəksiniz onsuz da! Mən birinci deyərəm ki, ərli qadın əks
cinsin nümayəndələrindən aralı gəzməlidir! Amma ərindən yox! Bu qadın özünü dağ
başına qoyur, buz kimi soyuq nəzərlərlə baxır ərinə və “əziz dostum” ifadəsini
uzada-uzada, elə yuxarıdan aşağı deyir ki, qəzəblənməmək qətiyyən mümkün deyil!
Siz bir onun ərinə baxaydınız – ədəbli, təmkinli, əsl kişidir və qırx yaşına
baxmayaraq əla formadadır, – əsl zabitdir. Və dörd ildir ki, evlidirlər, mənim
canım!..
Balaca cənab Frideman xanım fon Rinnlingeni ilk dəfə şəhərin ticarət
müəssisələri yerləşən əsas küçəsində gördü və bu görüş nahar saatında– mötəbər
sözünü dediyi birjadan qayıdarkən baş tutdu. Yekəpər, yöndəmsiz, üzündə kotlet
şəkilli bakenbardları, çox qalın qaşları olan topdansatış taciri Stefensonla yanaşı
gedirdi. Hər ikisi silindr qoymuşdu və paltolarının yaxasını açmışdılar. Onlar gedə-
gedə siyasətdən danışır və əllərindəki çəliklərini söhbətin ahənginə uyğun olaraq
səkiyə döyürdülər. Artıq yolun yarısını keçmişdilər ki, tacir Stefens birdən dedi:
– Adımı dəyişərəm, əgər o gələn Rinnlingenin arvadı deyilsə!
– Olsun, neynək, çox yerinə düşərdi, – deyə cənab Frideman özünün nazik,
bir qədər ciyildəyən səsiylə bildirdi. – İndiyə kimi, nəsə heç rastlaşmadım onunla!
Hə, bu da haqqında söhbətlər dolaşan sarı araba!
Həqiqətən də sarı, yüngül ovçu arabasıydı. Bu gün xanım fon Rinnlingen
onda gəzir, bir cüt baxımlı atı öz əlləriylə idarə edirdi, nökər isə əlini əlinin üstünə
qoyub arxada oturmuşdu. Əynində çox açıq rəngdə gen jaket vardı, ətəyi də açıq
rəngdəydi. Qəhvəyi dəri bantlı girdə həsir şlyapasının altından görünən qızılı-kürən
saçları qulaqlarını örtür, boynuna tökülürdü. Sifəti uzunsov, dərisi tutqun bəyaz
rəngdəydi, bir-birinə çox yaxın yerləşmiş gözlərinin künclərində isə gömgöy