Page 65 - "Xəzər"
P. 65
lgələr vardı. Xırdaca çillər onun dik, lakin incə burnuna səpələnmişdi... onu
bəzəyirdi. Bax, ağzı qəşəng idimi – bu barədə fikir yürütmək çətin idi, çünki elə hey
gah büzürdü onu, gah da alt dodağını qabağa verirdi.
Araba onların bərabərinə çatanda tacir Stefens çox ehtiramla təzim etdi,
balaca cənab Frideman isə əlini silindrinə aparıb azacıq qaldırdı və diqqətlə xanım
fon Rinnlingenə baxdı. Qadın əlindəki qamçını qaldırdı, başını yüngülcə tərpədib
aramla onların yanından ötərək küçənin hər iki tərəfindəki evlərə, vitrinlərə baxa-
baxa yoluna davam etdi.
Bir neçə addım gedəndən sonra tacir Stefens dilləndi:
– Gəzintisini bitirib, indi evə dönür.
Balaca cənab Frideman cavab vermədi, gözü ayağının altındaydı, yola
baxırdı. Sonra birdən baxışlarını qaldırıb tacirdən soruşdu:
– Siz, deyəsən, nəsə dediniz, eləmi?
Və cənab Stefens özünün çox məzəli müşahidəsini bir də dilinə gətirdi.
Üç gün keçdi. Cənab Frideman çoxdan qüvvədə olan adəti üzrə günorta
gəzintidən evə qayıtdı. Nahar birin yarısında verilirdi və o, yarım saatlığa birinci
mərtəbədə, sağda yerləşən “kontoruna” baş çəkməyə hazırlaşırdı ki, qulluqçu
dəhlizə girib dedi:
– Bizim qonağımız var, cənab Frideman.
– Mənim qonağımdır? – o, soruşdu.
– Yox, yuxarıda, xanımların.
– Kimdir ki?
– Cənab podpolkovnik Rinnlingen öz xanımıyla.
– O-o, – cənab Frideman dedi, – onda mən gərək...