Page 67 - "Xəzər"
P. 67
Ertəsi gün teatrda “Loenqrin” tamaşası gedirdi. Şəhərin bütün say-seçmələri
ordaydı. Ağzınadək tamaşaçıyla dolu balaca zalda güclə eşidilən danışıq səsləri,
çıraq qazının və cürbəcür ətirlərin qoxusu dolaşırdı. Lakin parterdəki kimi, amfiteatr
və lojalardakı durbinlərin hamısı səhnənin sağındakı ilk lojaya, on üçüncüyə
tuşlanmışdı, belə ki, bu axşam cənab fon Rinnlingenlə xanımı orda idi və nəhayət
ki, hər şeylə maraqlanan şəhərlilərin əlinə bu cütlüyü yaxşıca süzmək üçün əlverişli
fürsət düşmüşdü.
Balaca cənab Frideman özünün səliqəli qara kostyumunda və bəyazlığı göz
qamaşdıran, sinəsində qabaran döşlüyündə öz lojasına – on üçüncü lojaya qədəm
basan kimi, ilk istəyi sakitcə aradan çıxmaq oldu; əli alnına qalxdı, burun pərələri
qıc olubmuş kimi sıxıldı. Sonra öz stuluna, – düz xanım fon Rinnlingenin yanındakı
stula əyləşdi.
O, yerini rahatlayanadək xanım alt dodağını qabağa verib diqqətlə onu
izləyirdi, sonra üzünü çevirib arxasında durmuş əriylə danışmağa başladı. Əri
hündür, enlikürək, bığlarının ucu yuxarı burulu və mehriban çöhrəsi günün altında
qaralmış bir kişiydi.
Uvertüra səsləndi və xanım fon Rinnlingen lojanın qırağından səhnəyə
boylandı və cənab Fridemanın tələsik və acgöz baxışları qadının bədənində gəzdi.
Onun açıq rəngli ziyafət paltarı qalan qadınlarınkından fərqli, azacıq dekolte idi.
Enli, büzmə qollu ağ donu dirsəyə kimiydi. Ordan aşağı – əlcəkli əllərinəcən qolları
çılpaq idi. Bu gün xanım onun gözünə kifayət qədər kök dəydi, ötən dəfə əynindəki
gen jaket qadının dolu bədənini bir az ört-basdır edirdi. O dərindən nəfəs alır, sinəsi
aramla qalxıb enirdi, qızılı-kürən gur saçları yenə arxadan boynuna tökülmüşdü.
Cənab Fridemanın rəngi həmişəkindən çox solğun idi. Xırdaca tər damcıları
hamar alnında, açıq sarı saçlarının altında puçurlanmışdı. Xanım fon Rinnlingen sol
əlindən əlcəyini çıxarmışdı və koppuş, üzüksüz, qolbaqsız, yalnız incə mavi
damarları görünən bu bəyaz əl daim onun gözünün önündəydi.
Skripkalar çalınır, ovçu şeypurlarının gur səsini ətrafa yayırdı. Budur,
Telramundun səsi də eşidildi, orkestrə bir şadyanalıq hakim kəsilmişdi, balaca cənab
Frideman isə qımıldanmadan, rəngi qaçmış, səssiz halda, boynunu qısıb, sol əlinin