Page 59 - "Xəzər"
P. 59
ləşib zirək, usta hərəkətlərlə fındıq yeyəndə kənardan kifayət qədər qəribə bir
mənzərə yaradırdı. Amma onun həm də qüsursuz, dümdüz ayaqları, əlləri, iri, qızılı
gözləri, incə ağzı, sarışın saçları vardı. İohannesin boynu içində olmasaydı, ona, az
qala, qəşəng də demək olardı.
Oğlanın yeddi yaşı tamam olanda onu məktəbə yolladılar – indi artıq illər
sürətlə və çox yeknəsəq keçirdi. Hər gün qozbellərə xas olan və kənardan əyləncəli
görünən çox ciddiyyətlə şiş damlı evlərin və dükanların yanından qotika üslubunda
tağları olan qədim məktəbə gedib qayıdırdı, evdə isə dərslərini hazırlayandan sonra,
ya bəzəkli, rəngbərəng üzqabıqları olan kitablardan oxuyur, ya da bağda oynayırdı
– bacıları isə bu vaxt kefsizləmiş analarına ev işlərində kömək etməklə məşğul
olurdular. Onlar hərdən cəmiyyət içinə də çıxırdılar – Frideman ailəsi şəhərin
qaymaqları sayılan təbəqəyə mənsub idi, lakin çox təəssüf ki, qızları özlərinə ər tapa
bilmirdilər, çünki həm yoxsul, həm də kifayət qədər kifir idilər.
İohannes də bəzən yaşıdlarından dəvət alırdı, amma onlarla ünsiyyətdən elə
bir sevinc tapmırdı. Oğlan onların oyunlarında iştirak edə bilmir, yoldaşları isə onun
yanında həmişə sıxıntı keçirirdilər və elə buna görə də aralarında əsl dostluq
yaranmırdı.
Vaxt yetişdi və oğlanlar məktəb həyətində İohannesin yanında tez-tez
cürbəcür söhbətlər etməyə başladılar. Oğlanların qızlar haqda ehtirasla
söylədiklərinə İohannes gözlərini geniş açıb diqqətlə qulaq asır və susurdu. “Qoy
başqaları ancaq qızlar barədə düşünsün, - öz-özünə deyirdi, - mənim üçün bu da elə
topla oynamaq, gimnastika kimi əlçatmaz bir şeydir”. Hərdən qüssəyə də qərq
olurdu, amma tədricən tək, yoldaşlarıyla heç nəyini bölüşmədən yaşamağa öyrəşdi.
Amma on altı yaşı olanda İohannes, nəhayət, öz yaşıdı bir qıza vuruldu. O,
sinif yoldaşının bacısıydı – sarışın saçlı, cəld və zirək, ipə-sapa yatmaz bir qız idi.
Onunla qızın qardaşının yanına gedəndə tanış olmuşdu. Bu qızla yanaşı olanda