Page 23 - "Xəzər"
P. 23
ilən qoy qoxusu vardı, elə bil, hər şeyi zəif sirkə məhlulu ilə yuyub
təmizləmişdilər.
– Missis Skuqlund, atamı sizin yanınıza gətirmişəm. Məncə, siz tanış
deyilsiniz, – Vudi dedi.
– Möhtərəm xanım, bu mənəm, Zelbest.
Atası bəstəboy olsa da, amiranə görkəmi vardı. O, qarnını irəli verib, qadının
önündə dayanmışdı. Yaxşı ki, qarnı möhkəm idi, sallanmırdı. O, elə işini də möhkəm
tuturdu. Heç kəsdən qorxmurdu, çəkinmirdi. Heç kəsin qarşısında üzünün suyunu
töküb, xahiş-minnət eləmirdi. Heç kəsə yarınmır, yaltaqlanmırdı. Odur ki,
“möhtərəm” sözünü xüsusi bir ifadəylə dedi – bununla missis Skuqlunda çatdırmaq
istəyirdi ki, o müstəqil adamdır, nəyi necə eləməyi yaxşı bilir və qadınlarla ünsiyyət
qurmağı bacarır. Boy-buxunlu, hörüklərini xüsusi ədayla burmuş missis Skuqlund
altmış yaşın içindəydi. Atasından səkkiz-on yaş böyük idi.
– Oğluma çox yaxşılığınız keçib, ona görə, sizinlə görüşmək istədim.
Oğlumun anasını tanıyırsınız, atasını isə yox…
– Missis Skuqlund, atamın başına iş gəlib, sizdən başqa üz tutmağa
adamımız yoxdur.
Atasına da elə bu lazım idi. O, dərhal təşəbbüsü əlinə keçirib, dul qadına öz
kimyəvi təmizləmə kontoru, vaxtında ödəyə bilmədiyi borcları barədə danışdı.
Avadanlıqlara həbs qoyulduğunu deməyi də unutmadı. Dedi ki, məhkəmə icraçıları
ona göz verib, işıq vermir və bütün bunlar çox pis qurtara bilər.
– Balaca adamam, birtəhər başımı girləyirəm, – axırda əlavə etdi.
– Siz öz uşaqlarınıza baxmırsınız, – missis Skuqlund dedi.
– Elədir, elədir, – Yurdis onun sözlərini təsdiqlədi.
– Pulum var? Pulum olsaydı, uşaqlarımdan əsirgəyərdim? Şəhərdə hara
baxırsan, növbədir – çörəyə növbə, şorbaya növbə. Bəyəm təkcə mən beləyəm?
Olanımdan verirəm. Uşaqlarıma kömək edirəm. Pis atayam? Oğul pis atanı buraya
gətirərdimi? O, atasını çox istəyir, ona inanır, bilir ki, atası – yaxşı atadır. Hər dəfə