Page 27 - "Xəzər"
P. 27
Ata, harada olduğunu unutmusan? Onlar indicə qayıdacaqlar!
Atası cavab vermək əvəzinə təpik atır, diziylə Vudinin qarnına zərbələr
endirir, kəllə vurmağa çalışırdı. Kəllə vurduqca dişləri şaqqıldayırdı. “Dişləməsə
yaxşıdır”, – Vudi fikirləşdi. Vudi necə olmasa da, dini
seminariyada oxuyurdu, odur ki: “İblis! İblisin özüdür”, – öz-özünə dedi. O, atasını
daha bərk qucaqladı. Atası yavaş-yavaş sakitləşdi. Daha çırpınmırdı, ancaq dişlərini
qıcıtmışdı, gözləri oyur-oyur oynayırdı. Lap durnabalığına oxşayırdı. Vudi atasını
buraxdı, qolundan tutub, ayağa qalxmasına kömək elədi. Birdən-birə anlaşılmaz,
nəhs hisslər Vudinin bütün varlığını sardı. Vudi yaxşı bilirdi ki, atası heç vaxt belə
hisslər keçirməyib. Heç vaxt. Atası heç vaxt özünü onun kimi rəzil-rüsvay hiss
etməyib. Bax, onun üstünlüyü də elə bundaydı – belə hisslər ona yaddır. Asiyalı atlı,
çinli quldur kimiydi atası. Əsl hissiyyatlı adam Vudinin anasıydı, Liverpulda ingilis
maneralarına yiyələnmiş anası. Başdan-ayağa qara geyinən, düyaya vaiz kimi gəlmiş
müqəddəs ata Kovner də kövrək hissləri ilə seçilirdi. Tutalım, siz də hissiyyatlı
adamsınız – bu, sizə nə verir ki? Yalnız narahatlıq, baş ağrısı. Əşşi, cəhənnəm olsun
zərif hisslər…
Hündür qapı taybatay açıldı və missis Skuqlund göründü:
– Qulağıma səs gəldi, yoxsa burada nəsə düşüb-qırıldı?
– Sobaya kömür atmaq istəyirdim, xakəndaz əlimdən düşdü, yöndəmsiz
davrandım, bağışlayın, – Vudi dedi.
Atası susurdu, deyəsən, əməlli-başlı incimişdi. Qan çanağına dönmüş gözləri
az qala hədəqəsindən çıxacaqdı, seyrək saçları alnına yapışmışdı, qarnını içinə
çəkmişdi – ağzını açıb, kəlmə kəsməsə də, görkəmindən bəlli olurdu ki, çox
qəzəblidir və indi, sadəcə, nəfəsini dərir.
– Dua elədim, – missis Skuqlund dedi.
– Ümid edirəm ki, hər şey yaxşıdır.
– Bilirsiniz, mən Tanrının rızası olmadan heç nə eləmirəm. Mənə icazə
verildi, indi düzgün iş tutuacağıma əminəm. Gözləyin, kabinetə gedib, sizə çek
yazacağam. Yurdisə demişəm, sizə kofe gətirəcək. Belə havada küçəyə çıxmaq!..