Page 28 - "Xəzər"
P. 28
Qapı örtülən kimi həmişə hər şeyə mız qoyan atası dilləndi:

– Nə çek? Onun çeki kimə lazımdır? Sən mənə nəğd pul tap.

– Onlar evdə pul saxlamırlar. Sabah çeklə bankdan pul çıxararsan. Ancaq
nimçənin itdiyini bilsələr, banka zəng eləyəcəklər, onda nə olsun?

Atası əlini kəmərinin altına saldı və elə bu an Yurdis əlində sini içəri girdi.
Yurdis atasını alıb-yatdı:

– Üst-başınızı abıra salmağa yer qəhətdir? Bura sizin üçün kişi tualetidir,
nədir?

– Yaxşı, yaxşı, tualet hardadır? – atası soruşdu.

Yurdis evdəki ən pis dolçalarda gətirdiyi kofeni stolun üstünə qoyub, atasını
dəhlizlə tualetə qədər ötürdü və atası evdə avara dolaşmaq fikrinə düşməsin deyə
qapının önündə qarovula dayandı.

Missis Skuqlund Vudini öz kabinetinə çağırıb, ikiyə qatlanmış çeki ona
verdi, dedi ki, birldikdə Morris üçün dua etmək lazımdır. Vudi kənarları konfet qabı
kimi burmalı olan qalpaqlı lampanın yanında diz çökdü. Lampanın üst tərəfində
mərmər rənginə çalan tozlu kartoteka sıralanmışdı. Missis Skuqlund yoğun səsilə İsa
Məsihə ürəkdən dua etməyə başladı. O, Tanrıdan Vudinin atasına ağıl verməsini,
onun ruhunu şərdən və pisliklərdən azad etməsini diləyirdi. Bayırda külək ağacların
çılpıq budaqlarına ilişib vıyıldayır, divarlara çırpılır, qarı evin pəncərələrinə
sovururdu.

Vudinin Tanrıdan yalnız bir istəyi vardı: qoy atası nimçəni yerinə qaytarsın.
O, hər vəchlə duanı uzatmağa çalışırdı, odur ki, missis Skuqlund hələ bir müddət
dizi üstə qalmalı oldu. Dualarını bitirdikdən sonra Vudi üzünə son dərəcə səmimi
bir ifadə verib (nəyi olmasa da, bunu yaxşı bacarırdı), xristian alicənablığına və
şəfqətinə görə qadına təşəkkürlər yağdırdı və əlavə etdi:

– Bildiyimə görə, Yurdisin bir qohumu Xristian gənclər birliyində işləyir.
Ona zəng edib deyə bilərsinizmi ki, yataqxanada bizə bir otaq tapsın? Bu çovğunda
   23   24   25   26   27   28   29   30   31   32   33