Page 25 - "Xəzər"
P. 25
– Yox, o riyakarlıq eləmir. Ata, başa düş: missis Skuqlund xeyirxah, səmimi
və qətiyyətsiz qadındır, istəyir ki, hər şey düzgün olsun.
Cavabında atası mızıldandı:
– Xidmətçi onu fikrindən daşındıracaq. Bicin birisidir. Bizi yaramaz, əclaf
sayır, bu onun üzündə yazılıb.
– Mübahisə eləməyə dəyməz, – Vudi kreslonu sobaya yaxın çəkdi. Ayaqları
tamamilə islanmışdı, ona elə gəlirdi ki, onları heç vaxt quruda bilməyəcək. Mavi
alov dilləri kömür qalağının üzərində balıq sürüsü kimi görünürdü.
Atası çin üslubunda düzəldilmiş servanta yaxınlaşıb, onun qabarıq qapısını
açmaq istədi. Ancaq qapı açılmadı. Onda cib bıçağını çıxardı, bir göz qırpımında
qapının qıfılını sındırıb, etajerdən gümüş nimçəni götürdü.
– Neyləyirsən, ata? – Vudi həyacanla soruşdu.
Atası heç gözünü də qırpmadı – o, nə elədiyini bilirdi. Sonra servantın
qapısını örtüb, xalçanın üstüylə qapya sarı getdi. Qapının önündə dayanıb,
dinşəməyə başladı. Gümüş nimçəni kəmərin altından şalvarın içinə saldı və gödək,
yoğun barmağını ağzına apararaq “sus” işarəsi verdi.
Vudi səsini aşağı saldı, ancaq hələ özünə gəlməmişdi. Atasına yaxınlaşıb,
onun əlinə toxundu. Matdım-matdım atasının üzünə baxmağa başladı. Vudinin
gözləri getdikcə kiçilirdi, elə bil, başının dərisi yığılırdı. Gicgahlarında dəhşətli ağrı
baş qaldırmışdı, qulaqları cingildəyir, nəfəsi daralır, qıçları əsirdi.
– Ata, onu qaytar, yerinə qoy, – Vudi boğuq səslə dedi.
– Xalis gümüşdür, yaxşı pula gedər, – atası dedi.
– Ata, axı söz vermişdin ki, məni pis vəziyyətdə qoymayacaqsan.
– Bunu hər ehtimala qarşı götürdüm, birdən dua eləyib qayıdandan sonra pul
verməkdən imtina eləyər. Pul verməyə razı olsa, qaytararam yerinə.
– Necə?
– Yerinə qoyacağam. Mən olmasam da, sən qoyarsan.