Page 21 - "Xəzər"
P. 21
ra qar-borana baxmadan Vest-Sayddan buraya on beş kilometr yol ayaqlayıb,
hörmətli bir ailənin evinə soxulur. Evdə isə haçansa aşbaz işləmiş, indi isə xeyriyyəçi
dul qadın kimi ad çıxarmış isveçli immiqrant, soyuqdan donmuş zanbağın saplağı
onun ikilaylı pəncərəsinin şüşəsini döyəcləyərkən, oturub yeni Yerusəlim, dirilmə
və qiyamət günü haqqında şirin xəyallara dalmışdı. Məsihin ikinci zühurunu
tezləşdirmək üçün çovğunda onun evinə pənah gətirmiş bu iki avara fırıldaqçınının
ürəyini də almaq lazımdır.
Onları içəri buraxdılar – necə buraxmayaydılar.
Vudi və atası yalnız indi, evin istisi şərf doladıqları çənələrinə vuranda
bildilər ki, çovğun nə qədər şiddətliymiş: yanaqları soyuqdan keyimişdi. Əyin-
başlarının qarı əriyib, ayaqlarının altında kiçik gölməçə əmələ gətirmişdi. Tamahın
ta burayacan gətirdiyi atasıyla Vudi hollun ortasında dayanmışdılar – bu, onların
gördüyü dəhlizlərdən deyildi, oymalı dolama pilləkəni, yuxarıda işıqlandırılan
böyük vitrajı vardı. Vitrajda İsa Məsihlə samari qadının görüşü təsvir olunmuşdu.
Evdən kəsif qoy qoxusu gəlirdi.
Vudi atasının yanında olanda hər şeyə daha çox yəhudi gözüylə baxırdı. Di
gəl ki, atası yəhudi adına yalnız qəzeti idişcə oxumağı bacarırdı. Atası polyak qızı
Qalinayla yaşayırdı, anası – İsa Məsihlə, Vudi isə hisə verilən donuz ətinə
dadanmışdı. Buna baxmayaraq, hərdən özünü əsl yəhudi kimi aparırdı.
Missis Skuqlund həddən ziyadə əl-ayağı təmiz qadın idi – səliqəylə vurulmuş
dırnaqları, ağappaq boynu, qulaqları, bir sözlə, bütün vücudu bir təmizkarlıq
nümunəsiydi. Odur ki, atasının nalayiq, ədəbsiz eyhamları hədəfdən yan keçirdi.
Qadının böyük, əzəmətli bədən ölçüləri Vudiyə şəlalələri xatırladırdı, döşləri isə
onun təxəyyülündən də geniş və hüdudsuz idi. Vudiyə elə gəlirdi ki, Skuqlund onları
sıxıb kiçildir. Ancaq bir dəfə qadın pəncərəni açmaq üçün iki əlini də qaldıranda
görmüşdü ki, yox, bu böyüklükdə döşləri çəkib, yığmaq mümkün olan iş deyil.
Skuqlundun açıq rəngli saçları əmək təlimi dərslərində uşaqların əvvəlcə isladıb,
sonra səbət hördükləri rafiya liflərinə bənzəyirdi.
Atası kürkünü çıxaranda məlum oldu ki, o, bir-birinin üstündən bir neçə
toxunma isti köynək geyib, pencəyi isə yoxdur. Bir yerdə qərar tutmayan gözləri ona