Page 19 - "Xəzər"
P. 19
mazdı: Tanrı xatirinə, Tanrıya şükür, Tanrı qorusun. Əslində isə, o, ən adi işlərlə
məşğul olan ayıq-sayıq, ətli-qanlı, işgüzar bir qadın idi, işi-gücü qızlarının qeydinə
qalmaq, onlara yaxşı tərbiyə vermək, nəzakət qaydalarını öyrətmək, ismətli-məsum
böyütməkdən ibarət idi. Onun əlində-ovcunda böyütdüyü bu gözəlçələr bəslədiyi
ombadan o qədər enə verdilər ki, iri bədənlərinin fonunda başları bapbalaca
görünürdü. Yaxşı qızlardı, amma başları çatmırdı: Paula – həmişə şən, gülərüz
dəliydi, Coanna isə – küskün, qaraqabaq.
– Ata, nə desən eləyərəm, ancaq söz ver ki, məni missis Skuqlundun yanında
biabır etməyəcəksən.
– İngiliscə pis danışıram, hə? Atana görə utanırsan? Nədir, mən yəhudi
aksentiylə danışıram?
– Yox, nə danışırsan? Kovnerin aksenti səninkindən də pisdir, gör heç ona
söz deyən var?
– Bura bax, o yaramazlar kimdilər ki, mənə fors eləyələr, kimdilər? Yekə
oğlansan, atanın səndən kömək ummağa haqqı var. Atanın başına iş gəlib. Sən də
atanı onun yanına aparırsan, çünki o xeyirxah adamdır və sənin ondan başqa ümid
yerin yoxdur.
– Bir də səndən başqa, ata.
Devon-avenyuda kömürpaylayanlar ayağa durdu. Onlardan biri qadın
paltosu geymişdi. O zamanlar bəzən kişilər qadın, qadınlar da kişi paltarı geyirdi –
hər kəsin olanından. Paltonun qurum basmış xəz yaxalığı nəmdən pırtlaşmışdı.
Onlar kürəkləri ağır-ağır sürüyə-sürüyə tramvaydan endilər. Onsuz da yavaş-yavaş
irəliləyən tramvay lap yavaşıdı. Sonuncu dayanacağa saat beş radələrində çatdılar,
artıq qaranlıq alatoranlığın yerini tutmaqdaydı, fənərlərin altında burum-burum qar
dənələri uçuşurdu. Hovard-stritdə yolun eni-uzunu atılmış maşınlarla doluydu.
Maşınlar səkiləri də tutmuşdu. Vudi atasıyla Evanstona gedirdi. Atılmış yük
maşınlarının arasıyla Vudi irəlidə, atası da onun arxasınca irəliləyirdi. Beləcə,
küləklə boğuşa-boğuşa dörd kvartal keçdilər, sonra Vudi qar yığınının üstündən
adlayıb, yol-rizini qar basmış malikanəyə doğru buruldu. Burada darvazanın ağır