Page 18 - "Xəzər"
P. 18
Ətrafda qar-çovğun tüğyan eləyirdi, öküz rəngli tramvay yerindən
tərpənmirdi – gah ulayan, gah nərildəyən vıyıltılı külək buqeli5 qopartmışdı, indi
hamı onun düzəldilməsini gözləyirdi. Onlar Hovard-stritdə düşüb, şaxtalı havada
şimala doğru xeyli piyada getməliydilər.
– Söhbətə sən başlayarsan, – atası dedi.
Vudidə alverçi, yarmarkada müştəri çağırmaq qabiliyyəti vardı. Kilsədə
ayağa durub, dinə tapınması haqqında danışarkən, bu qabiliyyətinin sayəsində əlli-
altmış dinləyici toplayırdı. Rebekka xala da onu mükafatsız qoymurdu. Din-iman
haqqında danışarkən Vudinin özü də ehtizaza gəlirdi. Ancaq hərdən öz söhbətləri
özünün də ürəyinə yatmırdı, onda az qala ürəyi bulanır, özünə yer tapmırdı. Belə
hallarda Vudini səmimi ədaları, vərdişləri xilas edirdi. O, öz malını başqalarına
yalnız üz ifadəsinin, səsinin, bir sözlə, ədalarının köməyilə sırıya bilirdi. Saxta nitq
söyləməyə başlayan kimi göz bəbəkləri burnunun yuxarı hissəsinə tuşlanırdı. Bircə
buna görə hiss edirdi ki, ikiüzlülük eləmək asan başa gəlmir. Sifəti əyilirdi və Vudi
ifşa olunmaqdan qorxurdu. Doğru-dürüst adam kimi görünmək istəyi bütün gücünü
alırdı. Abırsızlıq, sinizm onu çiyrindirirdi – onu hiylənin, kələkbazlığın ağuşuna
itələyən də bu idi. Kələkbazlıq, hiylə olan yerdə isə atası da vardı. Onun donqaburun,
enlisifət atası bütün xəndəkləri, çuxurları dəf edib, onun yanında peyda olurdu.
Səmimi, qeyri-səmimi – belə söhbətlər atasının qulağına girmirdi. Mahnının sözləri
sanki onunçün yazılmışdı: “Ürəyi istəyəni, əldə edir həmişə”. Atasının sir-
sifətindən, bütün vücudundan madiyyat yağırdı, ona baxanda həzm, qan dövranı,
nəsilartırma orqanlarının necə işlədiyini əyani hiss etmək olurdu. Bəzən kefi kök
olanda deyərdi ki, qoltuğun altını, qıçların arasını yumaq, isti yemək hazırlamaq
lazımdır, soğanla bişirilmiş paxladan, pokerdən, Arlinqtonda keçirilən at
yarışlarında qalib gəlmiş atdan söz açardı. Atası təbiət hadisəsi kimiydi. Odur ki,
Vudi onun yanında olanda dindən, paradokslardan və buna bənzər şeylərdən
dincəlirdi. Anasına gəlincə, o özünü çox mənəviyyatlı, mömin adam sayırdı, ancaq
Vudi bilirdi ki, o, sadəcə, özünü aldatmaqla məşğuldur. O, heç vaxt yadırğamadığı
ingilis ləhcəsiylə gah Tanrı haqqında, gah da Tanrının özü ilə danışmaqdan
5 Cərəyan qəbuledici hissə