Page 20 - "Xəzər"
P. 20
qun qapısını açmaq üçün ikisi də güc verməli oldu – qar qapının dabanına
yığılmışdı. Bu şahanə malikanədə iyirmi, bəlkə ondan da çox otaq vardı, ancaq
burada yalnız missis Skuqlundla, özü kimi mömin xidmətçisi Yurdis qalırdı.
Qapının açılmasını gözləyərkən soyuqdan keyimiş əlləriylə kürklərinin
qarını çırpdılar, atası şərfiylə sıx qaşlarını sildi. Nəhayət, qapı zənciri cingildədi,
Yurdis taxta siyirməni çəkib, şüşə qapının pəncərəsini açdı. Vudi Yurdisi
“yavansifət” adlandırırdı. Sir-sifətinə ənlik-kirşan vurmayan, özünə bəzək-düzək
verməyən belə qadınlara indi də rast gəlmək olar. Yurdis qarşımıza rəngsiz, boyasız
çıxdı – necə var, elə.
– Kimsiniz, nə istəyirsiniz?
– Mən Vudro Zelbestəm. Yurdis, mənəm, Vudi.
– Sizi gözləmirdik.
– Düzdür, amma gəlmişik.
– Nə lazımdır?
– Biz missis Skuqlundla görüşməyə gəlmişik.
– Onunla niyə görüşmək istəyirsiniz ki?
– Bizim burada olduğumuzu bilsin deyə.
– Nə üçün zəng eləmədən gəldiyinizi ona deməliyəm.
– Siz, sadəcə, çatdırın ki, gələnlər Vudiylə atasıdır: vacib işimiz olmasa, bu
qarda-çovğunda buraya gələrdikmi?
Bu, tənha yaşayan qadınların ehtiyatlılığından başqa bir şey deyildi. Özü də,
zamanla ayaqlaşa bilməyən, ağırtaxta qadınların. Geniş eyvanı, içərilərə doğru
uzanan həyəti, evdəki bütün qapıların açarını qurşağından asmış Yurdis kimi
xidmətçiləri olan Evanston evlərinin əvvəlki ağır, təmkinli halından əsər-əlamət
qalmamışdı. Üstəlik, yepiskopal kilsənin, xristianlıq elminin və spirtli içki içməyən
Qadın cəmiyyətinin dayağı olan Evanstonda alverçilər evlərin qapısını çalmağa
cəsarət etmirdi. Yalnız dəvət olunanlar gələ bilərdi. Amma indi, işə bax: iki səfil,