Page 22 - "Xəzər"
P. 22
rıldaqçı görkəmi verirdi. Donqaburun, enlisifət Zelbestlər üçün doğru-dürüst
görünmək çox çətin idi. Hər şey onların əliəyri, fəndgir adamlar olduğundan xəbər
verirdi. Vudi tez-tez bunun kökünü axtarıb tapmağa çalışırdı. Səbəb nəydi – sifət
əzələlərinin oynaması, yoxsa ağızlarının görünüşü. Bəlkə, zirək, diribaş olmaları?
Qızlar atasına Dik Treysi ayaması vermişdilər, ancaq axı Dik pis oğlan deyildi. Bir
də, atası kimə hiylə gələ bilərdi ki? Amma, dayanın, dayanın, belə şeyləri istisna
eləmək olmaz. Atası məhz kələkbaz adam təsiri bağışladığından, ona irad tutan
bəziləri sonradan peşiman olurdu: bəlkə, onu nahaq yerə danlayıblar, boş yerə
mühakimə eləyiblər. Adamın sir-sifəti xoşuna gəlmirsə, onu mühakimə etməlisən?
Odur ki, bəziləri öz günahını yumaq fikrinə düşür və… bu zaman atasının tələsinə
tuş gəlirdi. Ancaq belə şeylər Yurdisin vecinə deyildi. O, nəsə bir hiylə hiss etsəydi,
qara-çovğuna baxmadan, ikisini də çölə qovacaqdı. Yurdis dindar adamdı, ancaq
sadədil, maymaq deyildi. Skuqlund evin işlərini boş yerə ona tapşırmamışdı,
Çikaqoda 40 il elə-belə işləməmişdi ki.
Missis Skuqlund onları qonaq otağına gətirdi. Evin ən böyük otağıydı deyə,
onu əlavə qızıdırırmalı olurdular. Otağın hündürlüyü beş metrə çatırdı, pəncərələri
olduqca enliydi, odur ki, Yurdis ara vermədən kiçik dəmir sobaya odun atırdı.
Sobanın ön hissəsində nikellənmiş tacı və ya qızılı keşiş papağını xatırladan bir
qurğusu vardı. Onu buranda sobanın çuqun qapısının həncamasını qaldırırdı.
Mitranın altında gizlədilən qapını his-pas basmışdı – adi qapydı. Açılan qapıdan
içəriyə xəkəndazla kömür atırdılar, antrasit qırıntıları xırıltı-gurultuyla sobanın
odluğuna tökülürdü. Odluğa tökülən kömür qalağının üzərində alovlu torta və ya
odsaçan günbəzə bənzər fiqur yaranırdı – onu sobanın mikadan düzəldilmiş şüşəsi
olan kiçik pəncərəsindən görmək olurdu. Taxta panellərlə üzlənmiş gözəl bir otaq.
Tüstü borusu, bacaya keçirilmiş mərmər kamin, parket döşəmə, fabrik xalçaları,
quşüzümü rəngində viktorian üzlüklü mebel, güzgülü şüşəylə haşiyələnmiş servant.
Servantın içindəki etajerdə gümüş vazlar saxlanılırdı – bunlar Skuqlundun inəklərinə
verilmiş prizlər idi. Bundan başqa, burada qəribə formalı şəkərqıran, büllur
bardaqlar və piyalələr də qoyulmuşdu. Hara baxsan, Bibliya görürdün, divarlardan
İsa Məsihin və Müqəddəs torpaqların təsvirləri asılmışdı, otağın havasında güclə