Page 26 - "Xəzər"
P. 26
– Sən qapını kilidaçanla açdın. Mən bunu bacarmaram. Öyrəşməmişəm belə
şeylərə.
– Nə böyük işdir? Bacararsan.
– Elə bu dəqiqə nimçəni yerinə qaytarmalıyıq. Ver onu mənə.
– Vudi, nimçə alt tumanımdadı, nədir, nə hay-küy salmısan?
– Gözlərimə inanmıram, ata.
– Off, zəhləmi aparma. Sənə inanmasaydım, nimçəni sənin yanında
götürərdimmi? Heç nə qanmırsan! Sənə nə olub axı?
– Ata, tez ol, nimçəni çıxart, indicə qayıdacaqlar.
Birdən-birə atasını od götürdü, hirsini boğa bilməyib, bağırdı:
– Əl çək, sənə deyləni elə.
Özünü ələ ala bilməyən Vudi atasının üstünə cumdu və onlar əlbəyaxa
oldular. Oğul atasının yaxasından yapışıb, ona badalaq vurur və divara dirəyir – belə
şey olar? Gözlənilməz həmlədən özünü itirmiş ata səsini ucaltdı:
– Sən Qalinanın ölməyini istəyirsən? Özün bilərsən, qoy öldürsünlər! Ancaq
bunun hesabını sən verəcəksən.
Qəzəbli atası var gücüylə müqavimət göstərirdi. Onlar otaqda bir neçə dəfə
dövrə vurdular, nəhayət, Vudi kovboy filmlərindən öyrəndiyi və bir dəfə idman
meydançasında sınaqdan çıxardığı fəndlə atasını aşırmağa müvəffəq oldu. İkisi də
yıxıldı. Atasından təxminən on kilo ağır olan Vudi onun sinəsinə çökmüşdü. Onlar
sobanın yanında xalçanı közdən-qığılcımdan qoruyan işləməli dəmir altlığın üstünə
yıxılmışdılar. Atasının qarnının üstünə uzanmış Vudiyə birdən-birə əyan oldu ki,
onu yıxmaqla heç nə əldə eləyə bilməyəcək. Əlini atasının şalvarına salıb, nimçəni
çıxartmağa ürək eləmirdi, daha doğrusu, özünü buna məcbur edə bilmirdi. Oğlunun
əl qaldırdığı ata isə, qəzəbdən od püskürürdü: nəhayət, Vudinin əlindən çıxıb,
sifətinə bir yumruq ilişdirdi. Üç-dörd dəfə də burunun üstündən vurdu. Vudi
zərbələrdən qorunmaq üçün başını atasının çiynindən ayırmırdı. Nəhayət, macal
tapıb, atasının qulağına pıçıldadı: