Page 24 - "Xəzər"
P. 24
lərimi qaydaya salan kimi tökülüşüb, talan eləyirlər. Bax, indi də… özümə iş
qurmuşam, kiçik olsa da yaxşı işdir, onu itirmək istəməzdim. Üç işçim var, onlara
maaş verirəm, iş bağlansa küçədə qalacaqlar. Möhtərəm xanım, sizə iltizam
verərəm, uzağı iki aydan sonra pullarınızı geri alacaqsınız. Sadə adamam, amma
işləməyi bacarıram, mənə inana bilərsiniz.
“İnanmaq” sözünü eşidəndə Vudi yerindən dik atıldı. Suzanın6 orkestrindəki
bütün borular birdən-birə guruldayıb, yaxınlaşan təhlükədən xəbər versəydi, Vudi
bu qədər təsirlənməzdi. “Fırıldaqçıdır! Qarşınızdakı fırıldaqçıdır!”. Ancaq ilahi
düşüncələrə dalmış missis Skuqlandın xəyalı göylərdəydi. Odur ki, heç nə eşitmədi.
Buralarda dəlilərdən savayı, demək olar, hamı gerçək həyatın problemləri ilə
yaşayan adamlar idi, bütün söz-söhbətləri praktiki mövzular ətrafında fırlanırdı,
ancaq missis Skuqlund onlardan fərqlənirdi. O, elə bil, bu dünyanın adamı deyildi.
– Mənə əl tutun, özünüz görəcəksiniz necə adamam, – atası dedi. – Uşaqlarım
üçün əlimdən gələni edəcəyəm.
Bu sözlərdən sonra missis Skuqlund tərəddüdlə mənim üzümə baxdı və dedi
ki, öz otağına qalxıb dualarla Tanrıdan ona yol göstərməsini istəyəcək. Qoy oturub,
onu gözləsinlər. Sobanın hər iki tərəfində yırğalanan kreslolar qoyulmuşdu. Yurdis
tərs-tərs Vudininin atasını süzdü (qorxulu adamdır), sonra tənəylə Vudinin üzünə
dikildi (yəni, bu fırıldaqçını niyə gətirmisən?). Yurdis başını bulaya-bulaya missis
Skuqlundan ardınca yollandı.
Onlar qapıdan çıxar-çıxmaz atası yırğalanan kreslodan dik atılıb, fısıldadı:
– Bu hansı dua-sənadan danışır? Bir buna bax, mənə əlli dollar borc vermək
üçün Tanrıdan məsləhət almaq istəyir!
Vudi dedi:
– Sənlik bir şey yoxdur, ata, sadəcə, dindarlar belə öyrəniblər.
– Boş ver, – atası dedi, – indicə qayıdıb deyəcək ki, Tanrı razı deyil.
Vudinin atasına acığı tutdu – o, özünü ədəbli aparmırdı.
6 Con Filip Suza (1854-1932) – Marşlar kralı adlandırılan Amerika kapelmeysteri və bəstəkarı