Page 227 - "Xəzər"
P. 227
clu olduqları cılız Don Juan kimi gəbərməkdi, belə bir adamın haçansa yaşadığını
isə, yalnız onun tabutda evdən çıxarıldığını görən qapıçı qadın deyə bilər. Bunlar
müxtəlif şeylərdi, Lenuar. Bir var – məşhur adam kimi öləsən, bir də var – dilənçi
kimi. Dilənçi kimi öldün, Lenuar, vəssalam, üstünə tava daşlarını düzən kimi, yırtıq-
deşiyi sementlə tutan kimi hər şey bitəcək. Bu yerdə caizsə demək olar: “Hə,
dincəlmək zamanı çatdı”. Ancaq, Lenuar, öz əhəmiyyətsizliyini, soxulcanın da
səndən üstün olduğunu dərk eləyəndə məgər rahatca yatmaq olar? Neyləmək olar!
Hər şey lazım olduğu kimi gedir, insan yaşamaq üçün yaranıb və yalnız məşhurlaşan
adam qəbirdə rahatca nəfəs dərə bilər ki, üstünə gələn yolu ot basmayacaq, o, tək
deyil, yalnız gözləmək lazımdı, dirilər onun xatirəsini əziz tuturlar, ya dalınca
soyürlər, hər halda, unutmurlar, onun kim olduğunu bilirlər, öz xatirələriylə onun
tənhalığını mənalaşdırırlar. Onda, Lenuar, mənə inanın ki, siz tamamilə ölmürsünüz,
mütləq heçsizlik yoxdu, tamam unudulmaq yoxdu, ona görə nəfəs tutulması da
yoxdu, siz, ya sizin xatirəniz – fərqi yoxdu, dünyada, dirilərin dilində, ağlında qalır
və siz başqa adamlarda, başqa canlı hüceyrələrdə, canlı üzvlərdə yaşayırsınız. Bu,
məşhurluqdu, Lenuar, ölü üçün bu – ağ ciyərdi, məşhurluq adamı ölümsüzləşdirir və
əbədi yaşadır.
Robinetin bozumtul gözləri iblisanə parıltıyla alışıb yandı, Davisito. Aurita
ona heyrətlə baxırdı, mənsə əvvəlki kimi tamamilə onun iradəsinə tabeydim, gərgin
və müti halda bütün diqqətimi ona yönəltmişdim.
Və birdən Robinet qaşlarını qaldırıb səsini boğaraq dedi:
–Sənin atanla tanış olanda, Lenuar, o, Fransanın ən ümid verən rəssamıydı.
O, cəsarətli və coşqundu, özünəməxsus üslubu varıydı. Mən o vaxt özünü ifadə
eləməyi bacaran, orijinal rəssam axtarırdım. Tapacağımdan, az qala, əlimi
üzmüşdüm. Doğru sözümdü. Siz mənə inanmalısınız, Lenuar. Məni indi yalnız bu
narahat eləyir – siz mənə inanasınız. Mən uşaqlıqdan indiki kimi düşünürəm və tez-
tez özümə deyirdim: “Robinet, bəşəriyyəti heyrətə salmaq sənin qismətindir”. Ancaq
mən nəyisə yalnız öz coşqun istəyimlə, ağlımla, öz əlimlə, ayağımla eləməyi
arzulayırdım. Və özümə sual verirdim: “Sən nə eləyəcəksən, Robinet?”
Fikirləşirdim ki, çox şeyə qadirəm, ancaq hələ zamanı gəlməyib. İntəhası, belə