Page 225 - "Xəzər"
P. 225
ayıb, budur, onlar səs-səsə veriblər: “Zavallı, necə yaxşı adam idi!”, ürəklərində
isə fikirləşirlər: “Zibil. İylənməmiş tezcə evdən çıxartmaq lazımdı”. Tənbəllik də
eləməyəcəklər – tezcə hər şeyi rəsmiləşdirəcəklər, təki sizi tezcə basdırsınlar. Sizi
sevən adamlar barədə danışıram, Lenuar, xəstələndiyiniz vaxt fədakarcasına
qayğınıza qalan adamlardan, ancaq indi, ölümünüzdən sonra onlar azadlığa çıxıblar,
dincəlmək istəyirlər və deyirlər: “Onsuz da çarə yoxuydu; belə daha yaxşıdı”. Tezcə
sizə təzə mayka, təmiz tuman, kraxmallı köynək geyindirirlər, əclafın biri də atılıb
ortaya düşür: “Dəli olubsuz nədi, bu ki oğlunun lap əyninədi”. Buna baxmayaraq,
sizə kostyum, tufli geyindirəcəklər, qalstuk taxacaqlar, siz etiraz eləməyəcəksiniz,
sizin üçün fərqi yoxdu.
Hazırlıq yubanır, özünüz də bilmədən hamıya mane olursunuz və bütün bu
hay-küy sizin vecinizə deyil. Nəhayət, dəfn zamanı çatır: qara katafalk, öz işlərinin
dalınca tələsən bir cüt, bir tək dost, yoluq əklil. Bu azdı, Lenuar, ancaq sizin üçün nə
azı, nə çoxu, siz artıq tək-tənha heçlikdə – qara tabutdasınız. Hətta deyə də
bilmirsiniz: “Bircə ora yox! Allah xatirinə, məni ora soxmayın. Əgər məni
sevibsinizsə, tabutun qapağını örtməyin”. Siz danışa bilmirsiniz, onlar başa düşə və
istəsəniz də, istəməsəniz də tabutun qapağını mıxlayıb, bellərində pilləkənlə aşağı
düşürürlər, bardakı butulka dostlarınızdan biri isə fikirləşir: “Zalım nə ağırdı, lap daş
kimidi”, ancaq sizi katafalka qoyan kimi rahatlanıb susur. Sonra qəbiristanlığa
gedirlər, məzarçılar isə artıq hazırdı, sizi qəbrə qoyan kimi, bir dəqiqənin içində
üstünüzü tava daşlarıyla örtürlər, yarıqları sementlə suvayırlar. Hamı qəmli-qəmli
köks ötürür, ancaq sizi orda tək-tənha qoyub tezcə yığışırlar, yolda da fikirləşirlər
ki, belə yalnız aclar ölür.
Tamaşa bax onda başlayır. Tezliklə qəbiristanlıq bağlanır, gecə düşür. Siz
yoluq sərv ağaclarının altında tək-tənhasınız, ancaq vur-tut bir-iki saat əvvəl öz
çarpayınızda doğmalarınızın əhatəsində tuman-köynəkdə uzanıb gücünüzü qorumaq
üçün isti bulyon içirdiniz. Hər şey nə tez dəyişdi. Külək qalxır və sizin ayıq
beyninizin üstündə sərv ağacları yırğalanmağa başlayır. Sizsə təksiniz, əlbəttə,
böyür-başınızda qonşularınız çoxdu, ancaq hərənin öz yoxluğu, öz tənhalığı var.
Hərə öz hayındadı və Ay çıxıb yatağınızı işıqlandırır. Lenuar, siz ayın nurunu