Page 230 - "Xəzər"
P. 230
ni ölümsüzləşdirə bilərdi. Eyni zamanda, atanızın şöhrətini həmişəlik göylərə
qaldırardım. Hər şey ədalətlə həll olunardı, Lenuar: biz hər ikimiz bədbəxt idik. Və
mən onu öldürdüm, Lenuar. Mən belə düşünürdüm: “Məni məşhurlaşdıra bilməyən
adamı öldürdüyüm üçün məşhurlaşacağam. Qoy məni assınlar – mənim ücün fərqi
yoxdu”. Ancaq düşünəndə özümə dedim: “Əgər bu işin üstü iyirmi beş ildən sonra
açılsa, daha böyük səs-küy doğuracaq”. Və mən damların üstüylə qaçdım, Lenuar.
İnanın, bu məmləkətdə polisi aldatmaq elə də çətin deyil. Adamlar elə fikirləşirlər
ki, yeddinci mərtəbədəki mansarda ancaq pilləkənlə düşmək olar. Onlar damın
pəncərəsini fikirləşməyiblər, anlayırsınız? Mən ordan düşüb atəş açaraq qaçdım.
Adamlar deyirdilər: “Hansısa rəssam özünü güllələyib”. Bir yana qalanda, Lenuar,
özgə nə fikirləşəsiydilər?
XXV
Pobinet divanın söykənəcəyinə yayxandı, Davisito, onun tərli üzündən uşaq
sevinci oxunurdu. Mən onda qorxdum, Davisito, açar yerindən hər şeyi gördüyümü
etiraf eləmədim; birinçi, onun etirafından sonra bu, mənasını itirmişdi; ikinci, bu,
Robineti özündən çıxarardı, çünki məni də öldürüb öz şöhrətini artırmaq
istəyəcəyindən şübhələnməyə başlamışdım. Fikrim ancaq onu sakitləşdirmək idi və
gizlətmirəm, Davisito, bütün görkəmimlə nəinki onun ən ağıllı hərəkət kimi qələmə
verdiyi əməlini başa düşdüyümü, hətta heyranlığımı biruzə verməyə çalışırdım.
Sarışın qız oxuya-oxuya stolların arasında gəzirdi və onun səsi mənə həyatı
sevdirirdi. Birdən soruşdum:
–Niyə məndən qaçırdınız?
Robinet gülümsəyərək dedi:
–Bu gün o vaxtdan iyirmi beş il keçir, sizi bura gətirdim ki, dairə qapansın.
İndi hər şeyi yerinə qoymağın zamanıdı. Dairə qapandı; mən sizi münasıb olmayan
yerdə, münasib olmayan vaxtda tanıdım. Ona görə ədəbsizliyim qoy sizi
təəccübləndirməsin və tuneldə sizi qaçmağa məcbur etdiyim üçün məni bağışlayın.