Page 223 - "Xəzər"
P. 223
n inad elədim: “Dözə bilmirəm”. O dediyindən əl çəkmədi: “İrəli, az qalıb”.
Böyrümü də cibinin altından dürtmələyirdi, ona görə yerimdən tərpəndim. Əməlli-
başlı ağılsızlıq idi, Davisito.

Aurita isə təhlükədən xəbərsiz yanımızla gedirdi və ona da, uşağa da yazığım
gəldi, Robinetə yalvarmaq istəyirdim ki, o, “Sena”nın musiqisi gələn fırlanan
qapının qarşısında dayandı. Qapıdan dəstəylə desantçılar, onlarla birlikdə qızlar
çıxırdı və mən özümə dedim, Davisito: “Vəssalam, burdan heç yerə
tərpənməyəcəyəm”. Bütün yalançı müqavimətim boşa getdi, Robinet məni içəri
itələyib dedi: “Keçin, Lenuar, bir az əylənək”.

İçəridə xoş bir rahatlıq hiss elədim, çünki restoranda, pivəxanada adam
çoxuydu, hamısı da qayğısız, şən, hər stolun üstündəki kiçik abajurlar da qayğısız
və şən idi, ən sevincək olanı isə künclərdə açılmış dəri üzlüklü tünd-qırmızı divanlar
idi. Səhnədə smokinq geyinmiş orkestr çalırdı və müğənni qız “Sena”nı oxuyurdu.
Səni əmin edirəm, Davisito, əlaydı: sarışın nazənin, hər şeyi təndürüst. Beli
matqalınası, budları möhkəm, güclü. O, “Sena”nı ləzzətlə oxuyurdu və ona baxa-
baxa, az qala, Robineti unutmuşdum. Bir də ayaq barmaqlarının ucuna çatan sadə
məxmər geyimi xoşuma gəlirdi, ancaq yuxarıdan sinəsinin yarısına qədər açıqdı,
intəhası, çiyinləri elə biçimliydi, bu azacıq sərbəstliyi bağışlamaq olardı, bir də axı,
Davisito, orda dayanmışdı ki, aşiqanə hisslər oyatsın, “Brasseri”nin(Fransada
kafelər şəbəkəsi) toruna düşən bütün kişilərin ürəyini titrətsin.

Hərisliklə ona baxırdım və məni Aurita özümə qaytardı: “Gözün ağrıyar,
əzizim”, ancaq onun əlindən tutmaq istəyəndə, Robinet hədəylə dedi: “Bura əyləşin,
Lenuar, burda bizə heç kim mane olmaz”. Sonra ofisiantı çağırıb bizdən soruşmadan
hamımıza pivə aldı.

XXIV

Robinet divanda qurcuxub dedi:
   218   219   220   221   222   223   224   225   226   227   228