Page 232 - "Xəzər"
P. 232
Sonra çox qarışıqlıq oldu, Davisito, hər cür sorğu-sual, istintaq, prefektura
ilə çək-çevir, ancaq daha heç nə Robineti dirildə bilməzdi; elədiyi cinayət sayəsində
məşhurlaşması üçün onun dəyirmanına su tökməyim iyrənclik olsa da, bunu eləməli
oldum; birinci – atamın üçtündən biabırçı intihar ləkəsini silmək üçün, ikinci –
Aurita ilə bu cəncəldən ağrıçız sivişib çıxmaq üçün. Robinet ümid etdiyi kimi, onun
dalınca danışmağa, hərəkətini şişirtməyə başladılar və Robinetin indi sevincdən
göyün yeddinci qatında olduğunu fikirləşəndə ürəyim bulanırdı. Ancaq sonra
fikirləşdim: “Robinet sərsəmin biriydi. Əbədi həyat deyilən şey yoxdu, bunların
hamısını özü üçün uydurmuşdu. Cəhalətin nəticəsidi, vəssalam”.
Evə qayıdanda artıq bir xeyli rahatlanmışdım, qanqlit soğulub, demək olar,
xırdaca şişə çevrilmişdi və yenə kontora getməyə başladım, Robinetin acınacaqlı
məşhurluğuna yardımçı olmamaq üçün, əvvəl-əvvəl atam haqqında heç nə
danışmamaq qərarına gəlsəm də, sonra dilim dinc durmadı, Davisito, atamın təmiz
adı naminə yox, – onun necə öldüyünü burda, onsuz da, heç kim bilmirdi, – sadəcə,
öz sərgüzəştlərimlə öyünmək xatirinə. Mən hamıya hər şeyi danışıb, dinləyicilər
heyrətdən gözlərini döyəndə ləzzət alırdım, ancaq, Davisito, həmin günlər Aurita və
uşağım üçün çox narahatıydım, axı bu vəziyyətdə bərk həyəcanlanmağın pis təsiri
olacağı aydındı və həmişə Auritadan soruşurdum: “Necəsən, yaxşısan?” O isə cavab
verirdi: “ Ah, əvvəlkindən xeyli yaxşıyam!” Doğrudan da, Aurita, deyəsən, özünə
gəlmişdi; diş pastasının qapağını bağlayırdı, stulu çarpayıya tərəf itələyirdi ki,
pencəyimin çiyinləri sallanmasın. Mən isə əl çəkmirdim: “Sənin heç haran, heç
haran ağrımır?” O da başından eləyirdi: “Dedim axı, hər şey yaxşıdı; əməllicə
zəhləmi tökdün”.
Vaxtı çatanda lap üzüldüm, ondan gözümü çəkmirdim ki, görüm, əsəbiliyin,
ya təhlükəli nəyinsə əlamətləri varmı. Ancaq elə bil heç nə olmamışdı, Davisito.
Aurita gümrah və sakit idi, Podakı hadisələrdən sanki onda heç bir iz qalmamışdı.
Hər halda, ona yarımağa, istəyini əvvəlcədən bilməyə çalışırdım, Robinetdən söz
salanda, həmin çətin günləri xatırlamasın deyə mövzunu dəyişirdim, ancaq o
hirslənirdi: “Mənimlə niyə uşaq kimi davrandığını bilmək olarmı?” Sonra, həmişə
olduğu kimi, məsələ uzandı, artıq bunun uşaq olduğuna da şübhə eləməyə