Page 231 - "Xəzər"
P. 231
n axı belə düşünürdüm: “Yox, bircə burda yox; hər şey hadisə yerində açılmalıdı.
Lenuar mənim arxamca Fransaya gəlməlidi”.
Mən fikirləşdim: “Dairə-zad nədi! Mən təsadüfən burdayam”. Bir də gördüm
ki, Robinet pul kisəsini qurdalayır. Ordan səliqəsiz qatlanmış, əsəbi xətlə yazılmış
çirkli vərəq çıxardı. Vərəqi mənə uzadıb dedi:
–Bu mənim etirafımdı, Lenuar, prefekturada onların boğazına tıxanacaq.
Arxivdə 25 noyabr 1922-ci il səhər çağı özünü güllələyən rəssam Lenuarın məhkəmə
işi durur. İndi hər şeyi dəyişmək lazım gələcək, “A”-nın yerinə “B” qoymaq,
protokolu təzədən yazmaq, məhkəmənin tibb ekspertini ləkələmək lazım gələcək.
Hamısı da mənə görə, Lenuar, onların belə zarafata gülməyə halları olmayacaq.
Robinetin gözlərində birdən, Davisito, hədsiz yorğunluq sezildi. O, yorğun
halda müğənniyə baxıb zorla dilini sürüdü:
-Düzünü deyin, Lenuar, onun dodaqlarından öpmək üçün çoxmu verərdiniz?
Məni öskürək tutdu, çünki Aurita üzümə zillənib sanki soruşurdu: “Dillən,
neçə verərdin?” Onda Robinet ağır-ağır yerindən qalxıb dedi: “Mən onu öpəcəyəm.
Haqqım çatır – bu mənim son istəyimdi”. O, boş rəqs meydançasıyla birbaşa sarışın
qızın üstünə gedib, belini qucaqlayaraq, susuzluqdan yanırmış kimi dodaqlarını
onun dodaqlarına yapışdirdı. Bu elə ədəbsizcəsinə edilmişdi, Davisito, biz öz
yerimizdə quruyub qaldıq, orkestr susdu və ətrafa dəhşətli sükut çökdü. Hamı
donmuşdu, o vaxta qədər ki, Robinetin əlindən qurtarmağa çalışan qız boğuq səslə
çığırdı. Həyat yenidən qaynadı, hər şey hərəkətə gəldi, biz yerimizdən sıçradıq və
həmin an Robinet qızı buraxıb meydançanın ortasına gəldi, sağ əlindəki qara bir şeyi
ağzına soxdu: dəhşətli atəş səsi eşidildi. Mən onun yıxıldığını gördüm, Davisito, ona
tərəf cummaq istəyəndə, Auritanin da divana yıxıldığını sezdim və tərəddüd içində
yerimdə qurudum, sonra onun yanına qayıtdım, dəsmalı pivəylə isladıb, özünə
gələnə qədər gicgahlarına qoydum.
XXVI