Page 229 - "Xəzər"
P. 229
əyirdim, Lenuar. Çünki həyatımın bütün mənası bundaydı. Mən elə-belə dayanıb
gözümü şəklə dikəsi deyildim. Məncə, rəssamlıqda hər şey ilk baxışdan asılıdı.
Diqqətlə baxmaq elə də vacib deyil, bu, adətən, ilk təəssüratı dəyişmir. Ona görə
dedim: “Səhər baxaram”. Səhər dam pəncərəsindən atanın studiyasına girdim. O
gülümsəyib dedi: “Bu da təzə şeydi”. Mən izah elədim: “Mənim evimdən sizinkinə
damdan da girmək olar”. Ancaq şəkil nəyə görəsə xoşuma gəlmədi. Onda
ölümsüzlükdən əsər-əlamət yoxuydu. Mən bunu birbaşa atanıza da söylədim. O
hirslənib ağzına gələni mənə dedi. Mən dediyimdən dönmədim: “Hər şeyi təzədən
başlamaq lazımdı, Lenuar”. Atanız lap hirsləndi. Ancaq mən təkid etdim: “Başqa
çıxış yolu yoxdu”. O məni söydü, onda mən soyuqqanlıqla portreti bıçaqla iki yerdən
kəsdim.

Ertəsi gün atan təzədən məni çəkməyə başladı. Yorulub-yorulmadığını
görmək üçün onun əllərindən, gözlərindən, hərəkətlərindən baxışlarımı çəkmirdim.
Ancaq iradəsi ona xəyanət elədi, Lenuar. And içirəm ki, atanıza iradəsi xəyanət
elədi. Bunu hərəkətlərindən sezdim. Özünü işə tam vermədi. İkinci gün yerindən
sıçrayıb dedi: “Siz tərləyirsinir, naturşiklər tərləyəndə mən işləyə bilmirəm “.
Qaşqabağımı töküb hökmlə dedim: “Davam edin”. Mənim içimdə varlıqla qeyri-
varlığın mübarizəsi gedirdi; bitməyim, ya davam etməyim həll olunurdu. Buna görə
də tərləyirdim, həyəcanlanırdım, qanım qaralırdı – axı mən hər şeyi qumara
qoymuşdum, necə də həyəcanlanmayaydım. Az sonra atan yenə sıçradı: “Məlun,
yerinizdə qurcuxmayın!” Mən cavab verdim: “Davam edin, davam edin, davam
edin”. Mən tələsirdim, Lenuar və ölümdən qorxurdum, buna baxmayaraq, yalnız bu
sözləri deyə bilirdim: “Davam edin, davam edin, davam edin”. Ax, əgər ilhama
gətirmək mənim gücüm daxilində olsaydı! Ancaq mənim ölümsüzlük arzusundan,
əbədi yaşamaq istəyimdən başqa heç nəyim yoxdu. Dördüncü gün atan ayağa qalxıb
dedi: “Yetər, daha bacarmıram”. Həmin gün içib kefləndi, mənsə onu dilə tutmağa
başladım: “Davam etmək lazımdı, Lenuar”. Ancaq o, tərslik elədi: “Dedim, yox,
qurtardı”. O biri gün damın pəncərəsindən qayıdıb gəldim, ancaq o, fikrini
dəyişmədi: “Xeyri yoxdu”. Mən getdim və təklikdə az qala havalandım, sonra
fikirləşdim: “Mən axı onu öldürə bilərəm”. Bu fikir məni yüngülləşdirdi, Lenuar,
and içirəm ki, elə oldu və get-gedə həmin fikir mənə hakim kəsildi, axı bu hərəkət
   224   225   226   227   228   229   230   231   232   233   234