Page 226 - "Xəzər"
P. 226
ursunuz. Yalnız duyursunuz, çünki məzarçılar özlərinə həkk gəliblər ki, işıq
düşəsi bircə yarıq da qalmasın.
Lap yaxında şəhər uğuldayır və sizi sevənlər, hələ bir-iki saat əvvəl qayğınızı
çəkənlər oturub dərdləşirlər: “Onsuz da xilas etmək mümkün deyildi, belə yaxşıdı,
yoxsa əziyyət çəkirdi”. Və tənhalıq sizi hər yandan bürüyür, ətrafda ürəksızladan
sükut, dəhşətli soyuq. Əldən düşmüş qəbiristanlıq qarovulçusu öz otağında köpür,
odun sobası oranı isidir, sizsə öz yoxluğunuzda ancaq tənhalığı, yaşamamağın necə
kədərli olduğunu, məzarın dəhşətli soyuqluğunu hiss eləyirsiniz.
Robinet susdu. Mən qorxudan büzüşmüşdüm, Davisito, ondan duyduğum
güc, gərginlik məni çəkib aparırdı və mən onun təsirindən qurtara bilmirdim. Sarışın
qız hələ də oxuyurdu, desantçılar isə ona heyranıydılar, ancaq mən o halda deyildim.
İradəm Robinetə tabe olmuşdu, daha heç nə məndən asılı deyildi. O indi köhnə
paravoz kimi fısıldayırdı, əlləri isə taqətdən düşmüş astma xəstəsinin əlləri kimi
əsirdi. Robinet tərini çirkli dəsmalla silib sözünə davam etdi:
–Sonra, Lenuar, unudulmaq başlayır, xatirəniz yavaş-yavaş yer üzündən
silinir. Bu gün sizi dünənkindən pis, sabahkından azacıq yaxşı xatırlayırlar. Sonda –
unudulmaq, pnevmatik zəngin içindəki boşluq kimi heçsizlik. Sizdən nə bir iz qalır,
nə bir xatirə, Lenuar. Vur-tut adınız və tarix yazılmış lövhə. Kimsə baxıb fikirləşir:
“Maraqlıdı, görəsən, bu hərif kim olub? Bu hərif vurub-çapanmı olub? İşi-gücü,
xasiyyəti, qadınlarla arası necə olub?” Gör sizdən nə qalıb: başdan-ayağa qeyri-
müəyyənlik. Əyninizdə bayırlıq kostyum və qalstuk Allahın fağır bəndəsi kimi
uzanmısınız, hər gün sizdən daha az şey qalır, hər dəqiqə – daha çox heçsizlik...
Robinet üşüyürmüş kimi titrəyirdi, Davisito, mən isə fikirləşirdim: “O nə
demək istəyir?” Robinet dəsmalla üzünü silib, müğənninin yumru çiyinlərinə
etinasız nəzər salaraq sözünə davam etdi:
–Bir yana baxanda, ölüm elə də pis şey deyil, Lenuar. Dərindən düşünəndə,
o, mərhəmətlidi, ağrılarımıza, iztirablarımıza son qoyur. Bu mənada ölüm təkcə
mərhəmətli deyil, həm də arzuolunandı. Əgər əməllərimiz, düşüncələrimiz
xatirələrdə əbədi yaşasa, nəticə etibarıyla ölüm elə də əhəmiyyət kəsb eləməzdi. Əsl
işgəncə – izsiz-soraqsız ölməkdi, Lenuar, ancaq lap yaxınlarının sevdiyi, sevməyə