Page 224 - "Xəzər"
P. 224
–Burda olub, burda da çözülməlidi, Lenuar. Bax ona görə görüşmüşük, başqa
heç nə.

O, diqqətlə mənə baxırdı, Davisito, gözləri axsa da, baxışlarına davam gətirə
bilmirdim.

O, öskürüb dedi:

–Mən sizin atanızı öldürmüşəm, Lenuar. Sizə bu gün demək istədiyimin ən
vacibi budur.

Davisito, mən bu cür etirafdan donub qaldım, Auritanın isə ürəyi bulandı,
ona da, bətnindəki uşağıma da yazığım gəldi; bu fikirlərdən ürəklənib dedim:

–O gedə bilərmi?

Robinet quru cavab verdi, elə bil əlindən kərpic saldı:

–Hər ikiniz mənə qulaq asın.

Danışığında bir az yekəxanalıq varıydı, Davisito, ona görə fikirləşdim,
Robinet bu qətllə və onu əla həyata keçirdiyilə öyünür. Hər şeyi gördüyümü ona
deməyə cürət eləmədim, onu hirsləndirmək istəmədim, Davisito. Ona tərəf əyiləndə,
sel kimi tər axıtdığını sezdim. Orkestr və sarışın müğənninin xırıltılı səsi məni bir az
sakitləşdirirdi. Robinet sözünə davam etdi:

–Lenuar, elə fikirləşə bilərsiniz ki, şıltaqlığım ucbatından bu işə baş
qoşmuşam, ancaq yox, bu, diqqətlə düşünülmüş plandı. Sizin atanız ölməliydi. Buna
ilk olaraq mən heyfsilənirəm, axı atanız çox gözəl rəssamdı. Bu hadisədə mənim
günahım yoxdu. Hər şey olduğu kimi gedir, bircə tabe olmaq qalır. Lenuar, deyin
görüm, ölünün ilk gecəsi haqda ciddi surətdə fikirləşmisinizmi? Nədi,
fikirləşməmisiniz? Bu, əsil dəhşətdi.

O susub, sonra əlavə etdi:

–Dərindən düşünün, Lenuar: siz artıq olmasanız da, öz çarpayınızda
uzanaraq bütün günü öz evinizdə, öz otağınızda keçirmısıniz, ancaq daha nə
çarpayını, nə otağı, nə yataq dəyişəyini, nə ətrafınıza toplaşan doğmalarınızı
tanıyırsınız. Göz yaşları quruyana qədər üstünüzdə ağlayıblar, sizin heç vecinizə də
   219   220   221   222   223   224   225   226   227   228   229