Page 222 - "Xəzər"
P. 222
Getdiyimiz vaxt bu barədə düşünürdüm və Robinetin paltonun cibində olan
əlləri zorakılığa əl atmaq həvəsimi lap öldürürdü. Mən əlverişli məqam gözləməyi
üstün tutdum və səliqəli qarı qapını açanda onu təhlükədən xəbərdar etmək üçün
arxamda duran Robinetə işarəylə göz vurdum; intəhası, səliqəli qarı azca çaşqınlıqla
gülüb mızıldadı: “Ah, espagnol!”2(“A, ispanyalı!”(fran.) Robinet koridora keçib,
nəhayət, dilləndi: “Gözünüz atanızın gözünə oxşayır”. Arxamca otağa gəldiyinə
görə onu xəbərdar elədim ki, arvadım xəstədi, ancaq nasazlığının artıq keçdiyi
məlum oldu; qapını döyən kimi Aurita məni qucaqlayıb gəzməyə getmək istədiyini
dedi və birdən Robineti görüb susdu. Robinet təzim edib mənə dedi:
–Arvadınızın ağlına gözəl fikir gəlib, Lenuar. İndi hamımız birlikdə gəzərik.
Mən dedim:
–Bu, Robinetdi.
Aurita ağzını açdı, amma cavab vermədi.
Biz üçlükdə evdən çıxanda özümdən soruşdum: “Bu hərif bizi hara aparır?”
Robinet bərk gedirdi və mən, Davisito, öz taleyimlə bağlı illüziyaya qapılmırdım.
Qüssəylə küçələrin adı yazılmış lövhələrə baxırdım və dəlicəsinə yaşamaq istəyilə
fikrimdə onlardan yapışırdım. Mənə elə gəlirdi ki, bu adamın yanında keçən hər an
ölümümü yaxınlaşdırır.
Klemanso meydanında “Le Züdue” qışqıran uşağı görüb, Robinetdən
soruşmadan onu fıştırıqladım. Robinet qabağımı kəsib soruşdu: “Nə olub?” Mən
dedim: “Qəzet almaq istəyirəm”. Uşaq bir kəlmə də başa düşmədən gözünü bizə
zilləmişdi, mən isə yalvarış dolu nəzərlərlə onun gözünün içinə baxırdım ki,
getməsin, bizi tək qoymasın və yavaşca ayağını basdım, o isə nəzakətlə ayağını
çəkib, üstəlik, məndən üzr istədi, onda, Davisito, ovcuna iri pul basdım ki, qoy
qalığını kənarda axtarsın, mənsə vaxt udum, ancaq lənətə gəlmiş burnufırtıqlı uşaqda
xırda tapıldı, pulu verib hər üç metrdən bir “Le Züdue” qışqıra-qışqıra tələsik
uzaqlaşdı.
Növbəti tində dayananda Robinet cibini şişirdən şeylə böyrümə vurdu. Mən
tərslik elədim: “Tualetə getməyim var”. O cavab verdi: “İrəli. Hələ çatmamışıq”.