Page 228 - "Xəzər"
P. 228
lum oldu ki, heç vaxt gəlməyəcək, Lenuar və eləməyə layiq heç vaxt heç nə
tapılmayacaq. Mən tələsərək öz-özümə deyirdim: “Sən adını əbədiləşdirməlisən,
vaxt gözləmir”. Və fikirləşməyə başladım: “Necə?” Ancaq fikirləşib bir yana çıxara
bilmədim. Həyat, Lenuar, ədalətsizdi, kimlərsə istedadlı doğulur, kimlərsə
qabiliyyətsiz; biriləri ağıllı, fərasətli doğulur, başqaları – küt, dayaz. Mənim də
məqsədim yaxşı idi, ancaq, demə, bu, kifayət deyilmış; başım, ürəyim yaxşı məqsəd
və əməlləri qızğıncasına arzulamaqdan savayı heç nə bacarmırlarmış. Ümidsizliyə
qapıldığım bir gecə elə bil içim işıqlandı: “Özün bunun öhdəsindən gələ
bilməyəcəksən, Robinet. Elə bir adam tap ki, səndən dahiyanə bir şey yaratsın”.
Onda fikirləşdim, Lenuar: “Leonardo Cokondanı yaratdı. Onlardan hansı
mühümdü?” Dahiyə göndərdiyi bircə səfeh təbəssümlə unudulmağa qalib gələn bu
məluna bir an sonra artıq bütün qəlbimlə paxıllıq eləyirdim. Özümdən soruşdum:
“Məgər təbəssüm ölümsüzlüyə layiqdi? – Sonra özüm də cavab verdim: – Layiqdi,
ya yox, bu daha mənim işim deyil”. Canımı bir fikir isidirdi ki, heç nə eləmədən də
vaxta qalib gəlmək olar və sənin unudulacağın, ya məşhur olacağın, həyatda hər şey
kimi, yalnız öz şansından istifadə edib-etməyəcəyindən asılıdı.
Atanızın əsərlərini onda ilk dəfə gördüm, Lenuar və onların gücü, mahiyyəti
məni dərhal məftun etdi, çünki, təəccüblənməyin, zərif estetik duyumumla öyünə
bilərəm. Onun əsərlərini görəndə özümə dedim: “Bu şəkillər öz enerjisiylə ürəkləri
alovlandırır, belə şəkillər əsrlər boyu yaşayacaq”. Bütün bunlar sərgidə baş verdi və
sizin atanıza yaxınlaşıb dedim: “Sizin mənzərələrin adamı həyəcanlandıran
əzəmətinə heyranam”. Belə komplimentdən özünü dartıb dedi: “Heç kim məni qədər
ucalarda uça bilməz”. Və biz dostlaşdıq, o vaxtdan tez-tez görüşürdük, bir dəfə isə
dedim: “Siz mənim portretimi çəkməlisiniz”. O, cavab verdi: “Sizdə rəng azdı,
üzünüz ifadəli deyil, siz portret üçün yaramırsınız”. Mən etiraz etdim: “Ola bilsin,
başqaları üçün yaramıram, ancaq sız nəsə tapa bilərsiniz”. O dedi: “Olmayan şeyi
heç kim tapa bilməz”. Mən isə təkid etdim: “Siz cəhd eləyin, bu sizə daha artıq şərəf
gətirər”. Və o, işə girişdi. Onun üçün asan olmadı, Lenuar, hərdən dodağının altında
deyinirdi, ruhunu şeytana təklif eləyirdi. Bir axşam, nəhayət, dedi: “Hazırdı”. Mən
cavab verdim: “Səhər baxaram”. O təəccübləndi: “Elə də çox vaxt aparmaz”. Mən
isə dedim: “Dəxli yoxdu. İndi yorğunam. Səhər baxaram”. Özümü hazırlamaq